Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Övlad sahibi olmaq üçün ailə olmasa da olar” - Xəyalə Manaflı

Tarix: 30-06-2019 18:01     Baxış: 3110 A- / A+
“Övlad sahibi olmaq üçün ailə olmasa da olar” - Xəyalə Manaflı

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı ifaçı Xəyalə Manaflı olub.

Manevr.az xəbər verir ki, müğənni tənhalıq fobiyası yaşadığını etiraf edib:

"Məndə tənhalıq fobiyası yaranmağa başladı. Bir neçə il bundan əvvəl belə bir period yaşadım. Fikirləşdim ki, yaşım irəlilədikcə bioloji olaraq övlad sahibi olmağımda çətinləşə bilər. Kimləsə münasibət qurmaq, onun kaprizlərinə dözmək də mənə artıq çətinlik törədə bilər. Valideynlərim bu gün var, amma 10-20 ilə onlar olmaya bilər. Mən həyatımı davam etməliyəm. Təklikdə qalmaq fobiyam yarandı. Düzdür, uşaq psixologiyası üçün ailə mütləqdir. Lakin, düşündüm ki, övlad sahibi olmaq üçün ailə olmasa da ola bilər. Müasir tibb də buna icazə verir. Ailəmlə dəfələrlə bu haqda söhbət etmişəm ki, mənə görə narahat olmayın. Əgər bəlli yaşıma qədər siz məni gəlinlikdə görməsəniz belə mən tənha ölməyəcəm. Qismət olar övladım olar, olmasa da itdən, pişikdən saxlayıb başımı qatacam. Nə edim, bununla mübarizə aparmaqçün falçılara gedim?! Heç kimə tövsiyə etmirəm. İnsanlar ilk olaraq öz hisslərinə inanmalıdırlar".azxəbər.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar