Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Türkan Şoray Zeynəb Xanlarovanın hədiyyə etdiyi üzükdən danışdı - ŞƏKİL

Tarix: 22-06-2019 15:33     Baxış: 3546 A- / A+
Türkan Şoray Zeynəb Xanlarovanın hədiyyə etdiyi üzükdən danışdı - ŞƏKİL

“Azərbaycana dörd dəfə səfər etmişəm. Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. İlk dəfə 1970-ci illərdə filmimin premyerasına gəlmişdim. Xatırlayıram ki, tamaşaçılar izləyərkən göz yaşı axıdırdı, filmin ortasında isə hətta söylədilər ki, tərcüməyə belə ehtiyac yoxdur - hər kəs türk dilini çox gözəl başa düşür. İlk səfərimdə neft qoxusunu canına çəkmiş Xəzərin sahilindəki şəhəri gördüm”.

Manevr.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktrisası Türkan Şoray “Nargis Magazine”ə verdiyi müsahibəsində dilə gətirib.

Bakı barədə fikirlərini bölüşən türk dünyasının məşhur aktrisası növbəti səfəri zamanı hətta “dilinin tutulduğunu” deyib:

“Növbəti dəfə müstəqil Azərbaycana gəldiyimdə “dilim tutulmuşdu” – məni nağıllar şəhəri əhatə edirdi. Buraya səfərim gecə saatlarına təsadüf edirdi. Şəhərin bütün binaları işıqlandırılmışdı, sanki nağılda idim. Hətta yanacaqdoldurma məntəqələri də nağıl evləri kimi görünürdü.
Türkan Şoray Zeynəb Xanlarovanın hədiyyə etdiyi üzükdən danışdı - ŞƏKİL

Burada bir çox məşhur brend butiklər var, özünü Avropadakı kimi hiss edirsən. Bu illər ərzində hər şey çox dəyişib. Azərbaycan xalqı o qədər mehriban və istiqanlıdır ki, sizin ölkənizi mən ikinci evim kimi qəbul edirəm. Azərbaycana gəldikdə, özümüzü doğma məmləkətdə hiss edirik. Bu, şablon ifadə deyil, həqiqətən belədir. Burada mənə böyük qayğı və diqqət ayırırlar”.

T. Şoray Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə rəfiqə olduğunu vurğulayaraq, onunla bağlı xatirələrini bölüşüb:

“Zeynəb Xanlarova ilə çox yaxşı dostuq, bir dəfə o mənə gözəl bir üzük hədiyyə etmişdi. Zeynəb xanım Türkiyəyə gəldiyində bir neçə dəfə mənim qonağım olub, tez-tez çay süfrəsi arxasında söhbət etmişik. Azərbaycana son səfərim zamanı mənə oteldə baş çəkmişdi”.oxu.az
Türkan Şoray Zeynəb Xanlarovanın hədiyyə etdiyi üzükdən danışdı - ŞƏKİL


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar