Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

"O şəkilimi görsə nəslimi qapının ağzına düzüb öldürər məni” – Aktrisadan ilginc sözlər – VİDEO

Tarix: 01-12-2016 13:25     Baxış: 5287 A- / A+
 "O şəkilimi görsə nəslimi qapının ağzına düzüb öldürər məni”

“Ailəm açıq-saçıq səhnələrə pis baxmır”

“ARB Ulduz”da yayımlanan “Şou məkan” proqramının növbəti qonağı daha çox seriallardan tanıdığımız aktrisa Cəmilə Tağızadə olub.

Bir sıra Azərbaycan filmlərində, o cümlədən “Odlar Yurdu” adlı İran filmində də rol alan aktrisa maraqlı söhbətlə yanaşı, açıq-saçıq səhnələrə çəkilib-çəkilməyəcəyi ilə bağlı söz-söhbətlərə də aydınlıq gətirib.

Rol aldığı seriallarda nədənsə qismətinə mənfi obrazlar düşən aktrisa şəhərdə-küçədə insanların az qınağına tuş gəlməyib.

“Sual verirlər ki, siz həyatda da beləsiz? Deyirəm ki, sizcə, mən elə bir insana oxşayıram. Deyirlər, yox, çox gülərüz, sakit, səmimi qızsınız. Elələri var ki, sosial şəbəkələrdə yazır ki, zəhləm gedir bu qızdan. Onu öldürərəm, onu boğaram”.

Cəmilə onu da bildirib ki, çoxlarına uzaqdan baxanda döyüş asan gəlsə də, aktrisa və ya aktyor olmağın da çətin şərtləri, baş gicəlləndirən tələbləri var.

“Kənardan asan görünür, insanlar deyirlər ki, əşi, nə vecinə, bəxtəvər adamlardır. Çıxırlar deyirlər, gülürlər. Vəssalam, bununla da bunların işi bitdi.

Elə bir obraz oynamışam ki. Belə bir süjet xətti var ki, atamız bizi evdən qovur, anamızı döyür, ayaqyalın küçələrə düşmüşük. Təsəvvür edin, nələr çəkmişik”.

Aktrisa serial və ya filmlərdə açıq-saçıq hansısa səhnələrdə qətiyyən çəkilməyəcəyini söyləyir.

“Bu yaxınlarda məni bir filmə dəvət etmişdilər. Orda öpüş səhnəsi vardı. Mən dedim ki, çəkilmirəm, çəkilmək də istəmirəm”.

Aktrisa ona göz verib işıq verilməyəcəyini açıq etiraf edir. Cəmilə ancaq o şəraitdə çəkilə bilər ki...

“Mən onu nəzərdə tutmuşam ki, xaricdə yaşasaydım, hansi ki, bu qəbul olunur, mən orda təklif olunan qonorarla çəkilərdim. Ancaq Azərbaycanda o qonorara belə çəkilməzdim.

Mən fotosessiyalarımda belə açıq-saçıqlığa yol vermirəm. Mənə təklif gəlmişdi ki, hansısa bir alt geyiminin reklamında çəkilim. Dedim belə reklamalara çəkilmirəm.

Fotosessiyalara gedirəm, ancaq normal geyimlərdə. Ola bilər bu, bütün dünyada normaldı, ancaq bizdə qəbul olunmayıb.

Mənim dayım görsə o şəkili nə edər mənə? Məni öldürərlər. Mənim nəslim qapının ağzında düzülər”.

Belə çıxır ki, aktrisa sadəcə olaraq yaxın ətrafının onu qınaq atəşinə tutub asıb kəsəcəyi üçün belə təkliflərlə razılaşmır...

“O qonorar 50 min yox, 100 min dollar olsa da, Azərbaycanda razılaşmazdım. Xaricdə yaşasaydım, razılaşardım. Mənim ailəm də bunu qəbul edərdi. Çünki orda psixologiya başqadır. Seriallarda, filmlərdə, kliplərdə özünüz bunu görürsüz ki, necə açıq-saçıqlıq var. Ancaq normal qarşılanır”.

Cəmilə Tağızadəyə açıq-saçıq səhnələri canlandırması üçün bir neçə filmdən təklif gəlsə də, o, rədd cavabı verib.

“İki-üç film olub ki, məni dəvət ediblər. Hətta geyimdə belə açıq-saçıqlıq olduğu üçün mən rədd cavabı vermişəm. Erotik səhnələr belə yox idi, sadəcə geyimlər açıq-saçıq olduğu üçün qəbul etmədim”.

Cəmilə, nə vaxtsa ailən, həyat yoldaşın üçün sənətindən imtina edib hər şeylə birdəfəlik sağollaşarsanmı?

“Bu qədər əziyyətə dözmüşəm. Əgər mənim həyat yoldaşım ürəyimcə bir insan olsa, razılaşaram. Mən onu çox sevsəm, sənətimi ailəmə qurban verərəm”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar