Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

"O mənə, mən də ona aşiq idim" - əməkdar artist

Tarix: 29-11-2016 17:10     Baxış: 5310 A- / A+
"O mənə, mən də ona aşiq idim"


“Model biznesi çox qlamur həyatdır. Daim zahiri görünüşünlə məşğul olursan. Gördüm bu biznesdə boğuluram, ordan getdim. Aktrisa oldum”.

Manevr.az-ın məlumatına görə, bu sözləri "V element" verilişinin qonağı olan əməkdar artist Mələk Abbaszadə deyib.

Uzun müddət Türkiyədə model kimi fəaliyyət göstərən aktrisa bu biznesdən getməyinin səbəbini açıqlayıb:

“Modellik sənəti mənim ruhumu 7 il oxşadı. Podium həm qərib, həm də gözəl bir şeydir. İndi böyük səhnələr yoxdur. Bizim vaxtımızda çox gözəl idi. Ən gözəl zamanında bu işin dadına baxmışam. Amma ruhum teatrda doydu. Türkiyədə model biznesinə son qoyandan sonra mənə serial təklifi gəldi. İki serialda rol aldım. Ssenarini oxuyub dərhal oynamalıydın”.

M.Abbaszadə qardaş ölkədə qurduğu biznesdən söz açıb:

“Teatrda mənəviyyat çoxdur, amma pul yoxdur. Ona görə də biznes qurdum. Türkiyə-Rusiya arasında tərcüməçi kimi işə başladım. Mənim sayəmdə böyük müqavilələr imzalanırdı. Şokolad firması mənə iş təklif etdi ki, şirkəti götür, idarə et”.

Hazırda Rus Dram Teatrında çalışan aktrisa platonik sevgisindən də danışıb:

“Türkiyədə olduğum ərəfədə platonik bir eşq də yaşadım. İnsanın özünü yox, ruhunu sevirdim. Bildim ki, münasibət uzun davam edən deyil, ayrıldıq. Teatr adamı idi. O mənə, mən də ona aşiq idim”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar