Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

"Həyat yoldaşım icazə vermədiyinə görə kişi məclislərinə getmirəm" - Şəbnəm Tovuzlu

Tarix: 21-05-2019 18:41     Baxış: 5560 A- / A+
"Həyat yoldaşım icazə vermədiyinə görə kişi məclislərinə getmirəm" - Şəbnəm Tovuzlu

"Həyat yoldaşım icazə vermədiyinə görə kişi məclislərində iştirak etmirəm".

Bu sözləri big.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. Xanım ifaçı bildirib ki, xanım həmkarlarının fikrinə hörmətlə yanaşır, amma həyat yoldaşı rəva bilmədiyinə görə kişilərin olduğu məclislərə getmir:

"Xanım həmkarlarıma normal baxıram. Əziyyət çəkib pul qazanırlar. Mən də zamanında getmişəm. Oturuşumu, duruşumu bilən xanımam. Səhv hərəkət etməmişəm. Ehtiyacım olduğu zamanlar maddi çətinliyə görə elə məclislərdə iştirak etmişəm, amma bu gün məni çətinliyə düşməyə qoymayan ailəm, həyat yoldaşım var. Bu gün kişi məclisinə getmək mənə yaraşmaz. Buna ehtiyacım da yoxdur. Bilirik ki, orda oturanlar içkili olur, niyə 100-200 bəy oturub bir xanıma qulaq assın? Ailəli xanımam, bu cür ortamda oxumaq istəmərəm. 10 min də versələr kişi məclisinə getmərəm. Bu yaxınlarda Moskvada sünnət toyuna dəvət olunmuşdum. Mənimlə bərabər xanım ifaçılar da həmin toyda iştirak edirdi. Yuxarı zalda xanımlar, aşağıda isə bəylər oturmuşdu. Həmin xanım ifaçılar aşağıda oxudular, mən isə yalnız yuxarıda xanımlar üçün oxudum. Nə qədər xahiş etsələr, əlavə qonorar təklif etsələr də, aşağı düşmədim. Bildirdim ki, ay qardaş, mən sənin anan, bacın üçün bu məclisə gəlmişəm".

Şəbnəm Tovuzlunun sənət yoldaşı Manaf Ağayev də ona dəstək olaraq xanımlara kişi məclislərində oxumağı rəva bilmədiyini söyləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar