Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur rejissor nazirlikdən dəstək gözləyir: “Maddi çətinliklər...” -ŞƏKİLLƏR

Tarix: 15-05-2019 19:38     Baxış: 3373 A- / A+
Məşhur rejissor nazirlikdən dəstək gözləyir: “Maddi çətinliklər...” -ŞƏKİLLƏR

“Xarici festivallarda iştirak etməklə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişdik. Onlar da dedilər ki, gözləyin. Sonra isə idarədən bildirildi ki, bu işə Mədəniyyət Nazirliyi baxır. Bizi çəkdiyimiz filmlərə görə bir çox festivala dəvət ediblər, maddi çətinlik olduğu üçün gedə bilmədik. Getsəydik, Azərbaycanı daha yaxşı təbliğ edərdik, ölkəmizin adını ucaldardıq”.

Bu sözləri “Şollerin arxivi” filmi ilə Azərbaycanda, eləcə də, xarici ölkələrdə diqqətləri üzərinə çəkən rejissor Cəlaləddin Qasımov musavat.com-a açıqlamasında deyib.

Bir çox filmə imza atan və filmləri 50-dən çox festivalda nümayiş olunan rejissor yaşadığı maliyyə çətinliklərindən gileylənib: “Elə festivallar var ki, oraya gedə bilməmişik. Filmimizi göndərmişik və birincilik qazanmışıq. İtaliya, Hollandiya, Hollivud xəbər saytlarında və qəzetlərində filmlərimiz haqqında yazılıb. Orada qeyd olunub ki, filmlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan-Almaniya dostluğunun 200 illiyi münasibəti ilə imzaladığı fərmana uyğun olaraq çəkilib. Amma bütün bunlara baxmayaraq Miqrasiya İdarəsi bizə kömək etmədi. Bütün filmləri öz hesabıma çəkirəm. Hacı Zeynalabdin Tağıyevlə bağlı filmim tam hazır deyil, maddi sıxıntılara görə gözləmə mərhələsindədir. Filmdə çox təsirli anlar, faktlar var. İmkan olsaydı, filmi çoxdan tamamlayıb festivallara göndərərdim. Demək olar ki, Tağıyevin fəaliyyətinin 90 faizini filmdə qeyd etmişəm. Ölkə başçısı filmlərin inkişafına iki dəfə 5 milyon ayırıb. İki dəfə Mədəniyyət Nazirliyində oldum, ssenarilər təqdim etdim, amma dedilər ki, gözlə. Onlara “Şollerin arxivi” filminin festivallarda qazandığı nailiyyətləri göstərdim. Mən xırda festivalların adını siyahıya yazmamışam. 26 böyük festivalı qeyd etmişəm. “Şollerin arxivi” Las Vegasda 3200 film arasında 2-ci yerə seçilib. O festivalı siyahıya yazmamışam. Yəqin, Mədəniyyət Nazirliyi qazandığımız uğurları nəzərə alar və lazımi dəstəyi mədəniyyətimizin, kinomuzun inkişafı üçün bizə göstərərlər”.


Manevr.az

Məşhur rejissor nazirlikdən dəstək gözləyir: “Maddi çətinliklər...” -ŞƏKİLLƏR

Məşhur rejissor nazirlikdən dəstək gözləyir: “Maddi çətinliklər...” -ŞƏKİLLƏR

Məşhur rejissor nazirlikdən dəstək gözləyir: “Maddi çətinliklər...” -ŞƏKİLLƏR

Məşhur rejissor nazirlikdən dəstək gözləyir: “Maddi çətinliklər...” -ŞƏKİLLƏR



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar