Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Röyaya çevrilən Röyalə... - FOTOLAR

Tarix: 28-11-2016 14:05     Baxış: 5594 A- / A+
Röyaya çevrilən Röyalə...

Son konsertində jurnalistlərə qarşı aqressiv addımı ilə gündəmə gələn Röya Ayxan adekvat münasibətlə üzləşib.

Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, medianın bir qismini konsertə buraxmayan sənətçi onları hədələməkdən, təhqir etməkdən çəkinməyib.

Onun bu hərəkəti mətbuat orqanları tərəfindən birmənalı qarşılanmayıb. Bu gün ölkənin aparıcı KİV-lərində müğənniyə qarşı sərt yazılar dərc olunub. Axşam.az-ın bu barədə yazısını sizə təqdim edirik:

Maraqlıdır ki, oxumağa başlayandan unitazda oturmağından tutmuş ərə getməyi, müxtəlif çılpaq foto-videoları ilə gündəmə gəlməyi bacaran bu sənətkar, daim mətbuata yuxarıdan aşağı baxıb. Ancaq bu qızcığaz unudur ki, mətbuat onu ucaltdığı kimi qaytarıb çıxdığı yerə də göndərə bilər. Yəni, uzun illər əvvəlin sadə, bəsit, kəlmə başı ağlayan Röyaləsinə çevirilə bilər. Bu dəfə qısa qeydlərlə kifayətlənirik. Əgər özünün dediyi kimi mətbuata fınxırmaqda davam etsə, gözəl şəkilləri, videolları və keçdiyi keşməkeşli həyat yolu ilə bağlı ayrıca yazı dərc edəcəyik.

Məsələ belədir ki, indiyənə kimi Azərbaycan mətbuatına məlum mövqeyi ilə sifət göstərən təkcə Röya olmayıb. Müxtəlif sahələrdən olan insanların mətbuata qarşı haramzada münasibətini daim müşahidə etmişik. Elə əli başına çatan yerli mətbuatı söyüb, təhqir edib, aşağılayıb. Biz başa düşürük... Ancaq daha Röya tərəfindən yox də...

Xatırladaq ki, mətbuatda onun bu addımlarına dəfələrlə cavab verilib və müğənni öz yerinə oturdulub. Bu gün də qeyd etdiyimiz kimi, bir sıra xəbər portallarında onun haqqında sərt yazılar dərc olunub.

Lent.az xəbər portalı “Haram olsun, Röya” başlığı ilə yazı dərc edib:

“İt itliyi ilə ona nə vaxtsa bir sümük verən adama ömür boyu vəfa hiss edir, sədaqət göstərir. Ancaq it deyib keçməyək, söhbət dünyanın ən vəfalı heyvanından gedir, insandan yox. Bu da heç. İtlərə verdiyimiz sümüklər halal xoşları olsun. Onlar o sümükləri heç vaxt unutmur, yaxşılığı qiymətləndirir”.

Müsavat.com saytı isə sənətçinin bu addımına görə, 8 il həbs oluna biləcəyini qeyd edib.

Vesti.az saytı isə “Allah bilib dəvəyə qanad verməyib” yarımbaşlığı ilə yazı yayımlayıb.

Röyaya çevrilən Röyalə...
Röyaya çevrilən Röyalə...
Röyaya çevrilən Röyalə...
Röyaya çevrilən Röyalə...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar