Xəbər lenti
Zeynəb Xanlarova sosial şəbəkələrdə bu fotoya görə tənqid olundu - ETİRAZ

Sosial şəbəkələrdə xalq artisti, sevimli sənətkarımız Zeynəb Xanlarova ilə bağlı maraqlı foto paylaşılıb.
Xalq artisti Zeynəb Xanlarovanın Heydər Əliyev adına Respublika Sarayındakı iş otağının qapısına həkk edilmiş lövhədəki təqdimat yazısı böyük müzakirələrə, etirazlara səbəb olub.

Fotodan da göründüyü kimi, həmin lövhədə Zeynəb Xanlarova artıq mövcud olmayan SSRİ-nin xalq artisti və Azərbaycan Respublikasının millət vəkili kimi təqdim olunub.
Sosial şəbəkələrdə sözügedən foto ilə bağlı çoxsaylı rəylər yazılıb və istifadəçilər "SSRİ xalq artisti” titulunun xüsusi qeyd edilməsinə etiraz ediblər.
Məlumat üçün bildirək ki, o zamankı prosedurlara görə SSRİ xalq artisti adını almaq üçün bir neçə müttəfiq respublikasının xalq artisti ünvanını qazanmaq şərt idi. Zeynəb Xanlarova isə 1975-ci ildə Azərbaycan SSR, 1978-ci ildə isə Ermənistan SSR-nin xalq artisti adına layiq görülüb. Daha sonra isə ona SSRİ xalq artisti titulu verilib./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar