Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Brilliant Afət Fərmanqızından danışdı — “Gənclərimiz kimdən ibrət götürəcək?"

Tarix: 25-03-2019 17:15     Baxış: 2251 A- / A+
Brilliant Afət Fərmanqızından danışdı — “Gənclərimiz kimdən ibrət götürəcək?"

Xalq artisti Brilliant Dadaşova müğənni Afət Fərmanqızının xalq artisti Flora Kərimovanı tənqid etməsinə münasibət bildirib.

Manevr.az xəbər verir ki, o, xalq aristini müdafiə edərək, ona dəstək olub. O, bu barədə öz instaqram səhifəsində video paylaşaraq fikirlərini bildirib.
“Bilirsiniz ki, həmişə dedi-qodudan uzaq olmağa çalışıram. Amma son zamanlar sarısılıram. Fikirləşirəm ki, ziyalılarımız niyə susur? Gənclərimiz kimdən ibrət götürəcək? Kimə oxşamaq istəyəcəklər? Sözünü demiş incəsənət nümayəndələrimiz var. Nə üçün bizdə böyük-kiçiyə hörmət yoxdur? Sənətkara sayqı bitib? İş o yerə gəlib çıxıb ki, 50 ildən çox sənət fəaliyyəti olan Flora xanım təhqir olunur və biz susuruq. Mən bunu bizim mentalitetimizə yaraşdırmıram. Belə çıxır ki, ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu, o deməkdir ki, böyük-kiçiyə hörməti itirməliyik?! Buna son qoymaq lazımdır! Səhvimizi tapıb düzəltməliyik”.
Xatırladaq ki, F. Kərimova ARB TV-də yayımlanan verilişlərin birində Afətin ifasını tənqid etmişdi. Fərmanqızı isə öz növbəsində xanım sənətkarın “Qaynana” filmindən olan fotosunu paylaşaraq “Bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız” sözlərini yazaraq, onu lağa qoymuşdu.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar