Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il "Eurovision"-a ÇİNGİZ MUSTAFAYEV gedəcək - VİDEO

Tarix: 08-03-2019 21:36     Baxış: 3192 A- / A+
Bu il "Eurovision"-a ÇİNGİZ MUSTAFAYEV gedəcək

“Dare to Dream” şüarı ilə Təl-Əvivdə keçiriləcək 64-cü Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Truth” (Həqiqət) adlı mahnı ilə Çingiz Mustafayev təmsil edəcək.


Manevr.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” məlumat verib.

Sənətçi sevincini instaqramda paylaşıb və bildirib ki, bu müsabiqədə çıxış etmək onun üçün böyük fəxrdir: "2019-cu ilin Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək mənim üçün həm çox sevindirici, həm də qürurvericidir. Mən may ayında Tel-Əvivdə "Həqiqət"i açıqlayacam! Dostlar, ümid edirəm ki, mahnı və videoklipi bəyənəcəksiniz".

Çingiz Mustafayev kimdir?

Çingiz Mustafayev Moskvada anadan olmuş və uşaqlıq illərini orada keçirmişdir. Amma Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, anasının vətəninə – Qazaxa köçür.

Çingiz ATV-də yayımlanan “Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olduqdan sonra sonra peşəkar və böyük səhnədə məşhurluq əldə etməyə başladı.

Gitarada ifaları ilə izləyicilərin yaddaşlarında özünə yer edən ifaçı özünü bəstəkar kimi də sınayır. O, əsasən öz bəstələrini ifa edir.

Çingiz digər Avroviziya təmsilçimiz Dilarə Kazımova kimi özünü 2016-cı ildə Ukraynanın “The Voice” adlı mahnı müsabiqəsində sınamış və uğurla çıxış etmişdi.


Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə ölkə təmsilçimiz Çingiz Mustafayev 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar