Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın əməkdar artisti iranlı qadın kimi təqdim edildi -ŞƏKİL

Tarix: 09-02-2019 21:43     Baxış: 3207 A- / A+
Azərbaycanın əməkdar artisti iranlı qadın kimi təqdim edildi

Əməkdar artist Dilarə Əliyevanın bir neçə il əvvəl qızı Banu ilə milli geyimdə etdirdiyi fotosessiya İranda bloqqer tərəfindən oğurlanıb.

Manevr.az
-ın teleqraf.com-a istinadən məlumatına görə, İran saytlarından birində Dilarəni iranlı xanım kimi təqdim ediblər. Geyimi isə İran milli geyimi adlandırıblar.

Aktrisa bildirib ki, hazırda bu məsələnin araşdırılması və yanlışlığın düzəldilməsi üçün çalışır:

"3 il əvvəl modelyerimiz Aygün Mahmudovanın milli geyimləri ilə qızımla fotosessiya etdirdim. Modelyer mənə fotoları göndərdi ki, "İran qadını, İran milli geyimində" adı ilə yayılıb. Təəccübləndim ki, necə ola bilər? İstəyirəm bu məsələni araşdırım. Niyə bizim milli geyim İranınkı kimi təqdim olunur? Yerini, yurdunu araşdırmadan necə belə bir yanlışlıq edilə bilər? Necə bunu çap edə bilərlər?".

Aygün Mahmudova da bu məsələni belə qoymayacağını deyərək "Milli geyimlər hazırlamağı sevirəm. Dilarə xanımla da belə işbirliyimiz olub. Google-də bir məsələ ilə bağlı araşdırma aparırdım. Baxdım ki, mənim hazırladığım geyim, fotosessiya. Niyə belə təqdim edildiyini başa düşmədim" sözlərini əlavə edib.
Azərbaycanın əməkdar artisti iranlı qadın kimi təqdim edildi



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar