Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Ona deyilən sözlər itə deyilsəydi, qudurardı" — Nüşabə Ələsgərli

Tarix: 09-02-2019 19:01     Baxış: 3249 A- / A+
"Ona deyilən sözlər itə deyilsəydi, qudurardı"

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında olan qalmaqal daha da böyüyüb.

Manevr.az
axşam.az-a istinadən xəbər verir ki, Ələsgərlinin Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı "Pəncü şeş" mahnısını tənqid etməsi Afəti əsəbiləşdirib. Tədbirlərin birində ifaçılar arasında mübahisə düşüb. Orada verdiyi sərt cavabdan sonra ürəyi soyumayan Afət İnstaqramında Nüşabənin Maykl Ceksonun mahnısını oxuyub rəqs edən videosunu yayaraq sərt sözlər yazıb:

"Mənə deyirsən get dombalaq aş, səninki də buna bənzəyən bir şeydir. Mən hind oxudum, bəyənmədin. Sən də Hollivud oxudun, Amerika mədəniyyətinə zərbə vurdun, mən sənin işinə qarışmadım. Qiyməti xalq versin. Bax bu nə hərəkət idi anlamadım. Səviyyə budur? Şpaqat fason hərəkət deyəndə bunu nəzərdə tuturdum".

Afət daha sonra Nüşabənin evsiz olduğunu, kirəyədə yaşadığını vurğulayıb.

N.Ələsgərlinin də cavabı qarşı tərəfə gecikməyib. İfaçı Fərmanqızını məhkəməyə verməklə hədələsə də, sonra fikrindən daşınıb:

"Savad və səviyyə başqadır. Həmin Nüşabəyəm ki, tədbirdə sonra məndən üzr istədin. Dəliyə iş düşmür deyə, məhkəməyə vermədim. Faktları isə gözləyirəm. Kirayədə qalırammış.

O, mənim Amerika layihəmdən olan videodur, gizlətmirəm, "Youtube"da da var. Füzuli qəzəli oxunmayıb, "Tərəkəmə" də oynanmayıb. Ona deyilən sözlər itə deyilsəydi, qudurardı".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar