Xəbər lenti
Elnarədən Röyaya cavab: "Qabiliyyətiniz çatırsa..."

Əməkdar artist Röya Ayxanın müğənni Elnarə Xəlilovanın ünvanına dediyi sözlər cavabsız qalmayıb.
Elnarə ünvanına deyilən "Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir “UZİ”yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm. Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar" sözlərinə ifası ilə cavab verib.
Sənətçi musiqisi Tofiq Quliyevə, sözləri isə Əfzələddin Xaqaniyə aid olan "Bəxtəvər oldu" romansını səsləndirdiyi görüntünü paylaşaraq bunları qeyd edib:
"Bundan sonra mənim əvəzimə mahnılarım danışacaq. Konserti hamı verə bilər. Amma konsertdə canlı bu cür çətin romans oxumağı hamı edə bilməz. Səhnədə söhbət edənlərə deyil, konsert verənlərədir sözüm. Bacarığınız və qabiliyyyətiniz çatırsa, çox demirəm, bircə dənə bu cür çətin romans daxil edin repertuarınıza və onu səhnədə canlı oxuyun. Əgər oxuya bilirsinizsə... Hamıya uğurlar".
Qeyd edək ki, Elnarə ilə Röya arasındakı qalmaqal "Mənə sevgindən bəhs et" mahnısından sonra başlamışdı. Elnarə Röyanın sözügedən bəstəsini plagiat adlandırıb.axşam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar