Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Oğlanlarının əsgər getməmək haqqı olduğunu deyir... - Belə qanun isə yoxdur

Tarix: 24-01-2019 15:41     Baxış: 4202 A- / A+
Oğlanlarının əsgər getməmək haqqı olduğunu deyir... - Belə qanun isə yoxdur


Müğənni Roza Zərgərli qonaq olduğu "Bizimləsən" proqramında müzakirələrə səbəb olacaq açıqlama verib.

Manevr.az xəbər verir ki, o, canlı efirdə bildirib ki, övladları Corc və Jerar Qafarovların əsgərliyə getməmə hüququları var:

"İki oğlum əsgərdir, onların bioloji anaları deyiləm. Əslində, mənim övladlarım əsgərliyə getməmək iqtidarındadılar. Çünki onların nə atası, nə də anası var. Böyük oğlumun yanına təkcə andiçmə mərasimində getmişəm. İkinci oğluma isə söz vermişəm ki, ayda bir dəfə yanına gələcəm".

Qafqazinfo mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovla əlaqə saxlayıb. O, sənətçinin doğru danışmadığını, qanunda belə bir güzəştin olmadığını vurğulayıb:

"Həmin müğənni tərəfindən bu, özünü reklam etməkdir. Əvvəlki illərdə bəzi güzəştlər var idi. Şəhid ailələri, evin tək övladı və bir neçə övladı olan şəxslərə hərbi xidmətdə möhlət verilirdi. Amma indi belə bir güzəşt yoxdur. Müğənninin dediyi sözlər onun arzularıdır. Qanun tamam başqa şeylər deyir. 18 yaşından 35 yaşınadək hər bir şəxs vətən qarşısında borcunu verməlidir"./qafqazinfo

Manevr.az

Oğlanlarının əsgər getməmək haqqı olduğunu deyir... - Belə qanun isə yoxdur

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar