Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yaşamaq istəməsəm də..." - Zöhrə Abdullayeva

Tarix: 18-01-2019 10:47     Baxış: 3173 A- / A+
"Yaşamaq istəməsəm də..." - Zöhrə Abdullayeva

Oğlu dünyasını dəyişdikdən sonra sənətdən uzaqlaşan əməkdar artist Zöhrə Abdullayeva "Bizimləsən" verilişinə zəng vurub.

Manevr.az
-ın axşam.az-a istinadən məlumatına görə, müğənni mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinə dəstək istəyib.

Z.Abdullayeva daha sonra özündən bəhs edib, o, səhhətində problem olduğunu deyib:

"Yaşamaq istəmirəm, amma boğulub ölmək istəmirəm. Boğuluram. Həkim istəyirəm mənə baxsın".

Müğənni Roza Zərgərli bu yaxınlarda Z.Abdullayevanı hava limanında gördüyünü deyib:

"Bir qadın gördüm, ağappaq qar. Elə sakit yeriyirdi ki, heç kim onu tanımasın. Mən də yaxınlaşmadım ki, narahat olmasın".

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. İki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar