Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Dünya şöhrətli müğənni Yaqub Zurufçu ABŞ və Kanada şəhərlərinə konsert turnesindən qayıtmışdır - ŞƏKİLLƏR

Tarix: 16-01-2019 23:19     Baxış: 4239 A- / A+
 Dünya şöhrətli müğənni Yaqub Zurufçu ABŞ və Kanada şəhərlərinə konsert turnesindən qayıtmışdır



Həmvətənlərimizin istəyi və dəvəti ilə hər il ABŞ-da və Kanadada öz bənzərsiz səsi, mahnıları ilə çıxış edən görkəmli müğənnimiz Yaqub Zurufçu budəfəki səfərində azərbaycanlıların daha çox məskunlaşdığı Toronto (Kanada) şəhəri ilə yanaşı ilk dəfə olaraq Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində də geniş konsert proqramı ilə tamaşaçılara böyük sevinc bəxş etmişdir.


Hər ifası alqışlarla qarşılanan müğənni populyarlıq qazanmış "Azərbaycan", "Təbrizim", "Ayrılıq", "Ana", "Dəniz", "Sarı gəlin" və digər mahnıları ilə yanaşı repertuarına yeni daxil etdiyi mahnılarla da tamaşaçıların rəğbətini qazanmışdır.

Yüzlərlə həmvətənimiz, həmçinin amerikalı və kanadalı musiqisevərlər qarşısında konsertləri uğurla başa çatan sənətkar növbəti "mahnı səfəri" ilə dünya azərbaycanlılarının həmrəylik hərəkatına az da olsa bir töhfə verə bildiyindən məmnunluğunu bildirərək, qeyd etmişdir ki, öz mahnıları ilə Vətən həsrətli həmvətənlərimizin Azərbaycan sevgisini, bir-birinə olan doğmalıq, mehribanlıq hissini müəyyən dərəcədə gücləndirə bildiyinə görə özünü xoşbəxt sanır.

R.ORXAN.

 Dünya şöhrətli müğənni Yaqub Zurufçu ABŞ və Kanada şəhərlərinə konsert turnesindən qayıtmışdır
 Dünya şöhrətli müğənni Yaqub Zurufçu ABŞ və Kanada şəhərlərinə konsert turnesindən qayıtmışdır
 Dünya şöhrətli müğənni Yaqub Zurufçu ABŞ və Kanada şəhərlərinə konsert turnesindən qayıtmışdır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar