Xəbər lenti
“Anar kimi yüz stilist gəlsə, mənim….” – Aşıq Telli Borçalı

Aşıq Telli Borçalı onu zövqsüz adlandıran stilist Anar Ağakişiyevə cavab verib.
AzNews.az -a açıqlamasında Aşıq Telli belə geyim tərzində özünü rahat hiss etdiyini bildirib:
“Anar nə istəyir desin, mən belə geyinmək istəyirəm. Xoşlamadığın yeməyi sənə məcbur yedizdirmək olar?! Hərənin öz geyim üslubu var, Telli Borçalı da daş-qaş xoşlayır. Mənə heç kim nəyisə məcbur edə bilməz”.
T.Borçalı hesab edir ki, Azərbaycan aşığının, əlində saz olan ifaçının geyim tərzi milli üslubda və daş-qaşda olmalıdır:
“Bunu mənə Anardan əvvəl də deyiblər. Amma onlar anlamırlar ki, mən onların istədiyi kimi geyinə bilmərəm. Anar Telli Borçalının istədiyi kimi geyinə bilər?! Mənə belə xoşdur”.
Ötən gün telekanalların birinə müsahibə verən stilist Anar Ağakişiyev bir neçə sənət adamının geyim tərzini tənqid edib. Stilist Telli Borçalının həddindən artıq daş-qaşdan istifadə etməsini xüsusi vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar