Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

"İş üçün gedirəm, məşuqəlik təklif edirlər" – Hicabı cıxaran Sədəf (FOTO)

Tarix: 13-11-2016 09:35     Baxış: 4348 A- / A+
"İş üçün gedirəm, məşuqəlik təklif edirlər"



"28 yaşım var. Tehran Universitetinin memarlıq və mühəndislik fakultəsini bitirmişəm. 19 yaşımdan bəri aktyorluq dərsləri almışam. İranda çoxsaylı filmlərə, seriallara, televiziya lentlərinə çəkilmişəm. Başı açıq fotomu İnstagram-da paylaşdığım üçün təhdid olundum, İranda aktrisalıq etməyim yasaqlandı. İndi İstanbulda yaşayıram".
Manevr.az bildirir ki, iranlı model və aktrisa Sədəf Tahirianın sözlərinə görə, başındakı hicabı çıxarandan sonra İranda çox böyük təzyiqlərlə qarşılaşıb.
O, bir ildən bəri yaşadığı İstanbuldakı durumundan da razı deyil.
"Bura bəzi məsələlərdə sərbəstdir, amma hər sahədə yox. Mən sərbəst yaşamaq üçün ölkəmi tərk etmədim. Sadəcə, işimi görmək istədim. Türkiyədə vəziyyətin fərqli olduğunu düşündüm. Amma iş üçün gedəndə pis təkliflər alıram. Aktrisalıq işimlə bağlı layihənin müzakirəsinə gedəndə "Məşuqəm ol" təkliflərini eşidirəm. İranda olanlar burada da var", – Sədəm Tahirian deyib.
O, Türkiyədə özünü bəxtəvər hiss etmədiyini deyib: "Buranın fərqli olduğunu düşünəndə səhv etmişəm. Aktrisalıq edə bilmirəm, modellik edə bilmirəm. Eyni tərbiyəsiz təkliflərdən bezdim. Üstəlik, düz üç dəfə türk dili kursuna yazıldım, uğur qazana bilmədim. Özümə inamım qırılıb".
İnstagramda başıaçıq fotosunu paylaşmasına gəldikdə isə, Sədəf Tahirian əxlaqlı, namuslu olduğunu deyib.
"Türkiyədə də aktrisalar seriallarda, filmlərdə öpüşürlər, yatağa girirlər. İnstagram-da hicabsız foto paylaşmaq nə zamandan əxlaqsızlıq olub?! – S.Tahirian söyləyib.Olkem.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar