Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artistin oğlu "O səs Türkiyə"dən QOVULDU - Efirdə etdiyi bu səhvə görə

Tarix: 07-01-2019 11:45     Baxış: 3221 A- / A+
Əməkdar artistin oğlu "O səs Türkiyə"dən QOVULDU

Bilet və orada qalmaq üçün xərcləri özüm çəkmişdim. Ora axın çox olduğu üçün bunu özümüz etməli olduq.

Bunu "O səs Türkiyə"dən qovulması ilə bağlı danışarkən əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu "Hər şey daxil"də deyib.

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Emilin Elgizin aparıcısı olduğu "Səhər-Səhər" proqramında müsabiqənin şərtlərindən kənara çıxdığı üçün yarışdan kənarlaşdırıldığını bildirib.

Emil "Elgiz sual verdi ki, hansı münsif ifana döndü? Mən də dedim Seda Sayan" sözləri ilə müsabiqənin gizlilik prinsipini pozduğunu etiraf edib.

Tolik isə Emilin yarışdan kənarlaşdırılmasında əsas günahkar kimi Elgizi göstərib:

"Birgünlük özünüzü reklam etməklə insanın bəlkə də xəyalları olan bir şeyi əlindən aldınız. Onsuz da, həmin gün verlişiniz reytinq vermədi. Ondan qabaq Emil mənim verilişimdə qonaq idi. Bəs mən onu niyə soruşmadım efirdə Emildən?!

Emili istəməyənlərdən biri verilişdən onun dediyini götürüb göndərib "O səs Türkiyə" təşkilatçılarına. Onlar da Emili oradan uzaqlaşdırıblar, biləsiniz. Məndə səs yazısı var".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar