Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib - FOTOLAR

Tarix: 28-12-2018 13:42     Baxış: 3552 A- / A+
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib


Azərbaycan Milli Konservatoriyasında respublikanın əməkdar artisti Zenfira İsmayılovanın solo konserti keçirilib.

-“Zenfira İsmayılovanın səsi dünyanın nadir səslərindəndir, onu ifaları indiyə qədər dünyanın bir çox konsert salonlarınını bəzəyib. Akademik Opera və Balet teatrının səhnəsində Avropa və Azərbaycan bəstəkarlarının məşhur əsərlərində baş rolların ifaçısı kimi tanınan Zenfira İsmayılova, hazırda Milli Konservatoriyada gənc musiqiçilərə vokal sənətinin sirlərini öyrədir”—bu fikirləri respublikanın xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi , təhsil ocağında əməkdar artistin “Arzu” adlı solo konsertindən səsləndirdi.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində konsert salonunda öz pərəstişkarlarını bir araya yığan Zenfira xanım İsmayılova “Arzu” gecəsində məşhur italyan bəstəkarlarının əsərlərindən, eləcə də Azərbaycanın klassik bəstəkarları Fikrət Əmirov ,Vasif Adıgözəlov, Tofiq Quliyev, Zakir Bağırovun əsərləri ilə yanaşı, həm də xalq mahnılarını böyük məharətlə ifa etdi.

Hər zaman opera və vokal sənətçi kimi tanıdığımız istedadlı və şirin səsli Zenfira İsmayılova bu dəfə tamaşaçıları həm də repertuarına yeni əlavə etdiyi “Girdim yarın bağçasına”, “Qərənfil”, “Mən səni araram”, “Azərbaycan elləri” mahnıları səsləndirməklə, tamaşaçıların könlünü oxşadı. Yeni reperturaı ilə o, xalq və bəstəkar mahnılarımıza yeni nəfəs gətirdiyini sübut etdi. Xalq mahnılarını ifa edərkən onu milli musiqi alətlərində-- Rəşad İbrahimov, Təbriz Usubov müşaiyət edirdilər.

Zenfira xanımı fortepianoda xalq artisti Siyavuş Kərimi, Naibə Şahməmmədova, Nigar Hüseynzadə müşaiyət edirdi. Konsertin sonunda Zenfira xanım İsamyiılova ilə böyük səhnələri bölüşən , respublikanın xalq artisti, tanınmış vokalçı Azər Zeynalov sənətkar haqqında xoş sözlər söylədi. Dedi ki, mən bütün yaradıcılığım boyu Zenfira İsmayılova ilə böyük səhnələrdə baş rolları oynamışıq. Fəxr edirəm ki, Azərbyacnın belə gözəl və nadir səsə malik sənətkarı var. Mən həm də ona görə xoşbəxtəm ki, bu gün də onunla çiyin-çiyinə Milli konservatoriyada çalışırıq, Azərbaycan mədəniyyətinin inkişafı üçün gələcək sənətkarları yetişdiririk.

Konsertdən məmnun qalan tamaşaçılar arasında respublikanın adlı-sanlı, tanınmış alimləri də var idi. Konsertin sonunda onlar Zenfira İsmayılovnın sənətinə heyranlıqlarını ifadə etdilər və dedilər ki, “Arzu” gecəsi onlar üçün Yeni il ərəfəsində ən böyük bayram oldu. Çoxdandır lki, klassik musiqini bu qədər yaxından, canlı dinləməmişdik. Belə ifaçıları Azərbaycan xalqına tanıtmaq, hər gün efirlərdə səsləndirməklə, klaasik musiqini cəmiyyətə sevdirmək və yaşatmaq lazımdır.”.

Konsert anşlaqla sona çatdı.

Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib
Əməkdar artist Zenfira İsmayılovanın solo konserti keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar