Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi

Tarix: 27-12-2018 19:04     Baxış: 3189 A- / A+
Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi


Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

T. Səmədovanın vəkili Janna Bağırova oxu.az-a açıqlamasında deyib ki, prosesdə hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olduğu üçün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.

Ancaq məhkəmə vəsatəti təmin etməyib.

Hakimlər Kollegiyası cinayət işinin qapalı məhkəmədə qismən istintaqla aparılması haqqında qərar qəbul edib.

Məhkəmə baxışı yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, T.Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar