Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Təəssüflər olsun ki, sevgilər daim olmur…”

Tarix: 21-12-2018 14:02     Baxış: 3207 A- / A+
“Təəssüflər olsun ki, sevgilər daim olmur…”

Müğənni Günay İbrahimli bir neçə aylıq fasilədən sonra yeni mahnısını təqdim edib.

Manevr.az
xəbər verir ki, o, söz və musiqisi Elvin Muxtara məxsus “İstəmirəm səni” adlı yeni işini dincləyicilərin ixtiyarına verib.

Günay yaradıcılığına bir neçə ay fasilə verməsinə də aydınlıq gətirib: “Neçə aydır ki, mahnı təqdim etmirəm. Sükutda olmağımın səbəbləri var və ən əsası gözəl işlər görmüşəm. Beş mahnım hazırdır, onlar arasında seçim edirdim ki, birinci hansını təqdim edim. Buna görə də, bir qədər fasilə yarandı. Düşündüm ki, qış gəlsin, havalar soyusun, özümün və dinləyicilərin ruhuna yaxın mahnını təqdim edim. “İstəmirəm səni”nin üzərində dayandım. Əvvəlcə, kiçik bir hissəni instaqram səhifəmdə paylaşdım, gözlədiyimdən də artıq müsbət reaksiya gördüm. Bir neçə dəqiqəlik paylaşıma baxmayaraq çox sevildi, sosial şəbəkələrdə paylaşıldı, gözəl fikirlər yazıldı.

Mahnı ayrılıqdan, həsrətdən bəhs edir. Təəssüflər olsun ki, sevgilər daim olmur, anidən ortaya çıxan bir problemlə sona çatır. İfamda tüğyan, etiraz var. Mahnıda da olduğu kimi bəzən elə sözlər var ki, dildə deyilir, ürəkdən gəlmir. Qısası, indi isə həmin mahnını sizə təqdim edirəm. İnanıram ki, bu, hər zaman sizin dinləyəcəyiniz bir bəstəyə çeviriləcək”./“qafqazinfo”



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar