Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artist Acun Ilıcalını biabır etdi: "Məndən 650 dollar pul istəyir..."

Tarix: 07-12-2018 19:51     Baxış: 2169 A- / A+
Əməkdar artist Acun Ilıcalını biabır etdi: "Məndən 650 dollar pul istəyir..."

Türkiyədə aparıcı Acun Ilıcalının rəhbərlik etdiyi TV8 televiziya kanalından Azərbaycanın əməkdar artisti Nigar Şabanovaya təklif gəlib.


Manevr.az
xəbər verir ki, bu günə kimi müxtəlif xarici ölkələrdə Azərbaycanı təmsil edən, hər dəfə də birincilik qazanan xanəndədən reportaj hazırlanması qarşılığında ödəniş tələb olunması onu özündən çıxarıb. Bu haqda N.Şabanova özü məlumat verib. O, müsahibəyə görə pul istənilməsini gülünc hesab edib:

"Bu gün səhər Acun bəyin "TV8" kanalından köməkçimə zəng vurublar, şəxsən danışmaq istədiklərini bildiriblər. Və danışdıq, təklif çox gülməli idi, utandım: "Nigar xanım, ayın 19-dan sonra Azərbaycana gələcəyik, sizdən reportaj almaq istəyirik bir amması var. 650 dollar ödəniş olmalıdır. Mən hələ bu günə qədər mənə xeyir verən, məni yüksəklərə qaldıran televiziyalarımıza bir qəpik pul verməmişəm. Halbuki gəlirimi vətənimdə qazanıram.

N.Şabanova türk kanallarının azərbaycanlı ifaçılardan reportaj hazırlamaq üçün pul istəməsində müğənnilərimizi günahlandırıb. O hesab edir ki, azərbaycanlı müğənnilər Türkiyədə heç kimə lazım deyil:

"Biz bəyəm kanallarımıza türk müğənniləri dəvət edəndə onlardan pul istəyirik? Buna səbəb müğənnilərimizdir, çünki Türkiyə kanallarına yalvarıb pul verib çıxırsınız, etməyin. Siz orada heç kimə lazıım deyilsiniz. Azərbaycan musiqisi qızıldır, məgər qızılı satanda üstündə pul da verirsiniz ki, qızılı alın? Azərbaycan musiqisi səslənəndə bütün dünya baş əyməlidir!”.big.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar