Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Aktyordan sərt sözlər: “Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməsini müqayisə etmək...”

Tarix: 04-12-2018 22:17     Baxış: 3207 A- / A+
Aktyordan sərt sözlər: “Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməsini müqayisə etmək...”

Aktyor Hikmət Rəhimov xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından uzaqlaşması barədə yazdığı statusa aydınlıq gətirib.


Manevr.az
xəbər verir ki, o, bildirib ki, Manafov gənclərə dəstək olmasa da, o xalq artistinə dəstəkdir: “Fəxrəddin Manafovun teatrdan getməsi barədə yazdığım status mənə əziz olan həmkarlarımı əsəbləşdirib. Gəlin, məsələyə daha ətraflı yanaşım. Əvvəla mən Fəxrəddin Manafovun şəxsiyyəti haqqında heç nə yazmamışam, yazmaram da. Ən azından çörəyini yediyi və kinolarına çəkildiyi Rüstəm İbrahimbəyov haqqına dediklərindən sonra (red. may ayında xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini və azərbaycanlıların o qurumda qalacağına inanmadığını bildirmişdi)... O vaxt da nə isə yazmaq istədim, sonra lənət şeytana deyib, susdum. Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməsini müqayisə etmək ən azından sadəlövhlük olar. Əqidə baxımdan Fuad müəllimə çatmaq mümkünsüzdür. Fəxrəddin bəy indiyə qədər teatr və kino sahəsində baş verənlərə bir ziyalı olaraq heç vaxt münasibət bildirməyib. Bildirdiyi tək fikir İbrahimbəyov haqqında olub. O fikirə görə də yəqin mükafatını alıb. Öz işidir, öz marağıdır. İndiyə qədər bir gəncə də dəstəyini görməmişəm. O əsl aktyordur, bunu danmaq olmaz, danmaq nadanlıq və günahdır. Hər halı ilə bu insan teatrda olmalıdır. Çünki bu insanı, peşəsini sevənlər var. Teatr yaşına, teatr və kinolarda oynadığı obrazlara görə onun nazı ilə oynamalıdır. Buna görə ehtiyacı olmasa da Fəxrəddin bəyə dəstək olmaq istədim, dəstəyəm də. Baxmayaraq ki, mən teatrdan gedəndə fikir bildirmədi. Bizi tək-tək məhv edəcəklər, məhv edirlər də. Onu da qeyd edim ki, mən indiyə kimi Fəxrəddin bəylə salamlaşmamışam. Yaşca kiçik olsam da, ona dəstəyəm. Çürük teatr sistemi həmkarlarımı çürüdür. Özünüzü qoruyun, bir-birinizi satmayın. Onsuz da sayınız çox azdı”.

Fəxrəddin Manafov zənglərə cavab verməsə də, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov report-a açıqlamasında deyib ki, xalq artistinin işdən ayrılması barədə informasiya həqiqəti əks etdirmir: "Məlumatı kimin və hansı məqsədlə yaydığını bilmirik. Fəxrəddin müəllim tamaşası, məşqləri və ya vacib bir iş olanda teatra gəlir. Belə hər gün teatrda olmur. Ola bilsin hazırda ailəsi ilə şəhər kənarındadır və ya özü dincəlir deyə telefonlara cavab vermir. Bəzən telefon zənglərinə cavab vermir. Bu da normaldır".

Qeyd edək ki, Fəxrəddin Manafovun teatrdan getməsini ilk olaraq Hikmət Rəhimov yayıb: “Azərbaycan mədəniyyətini qara günə qoyan Əbülfəs Qarayev, pul yeməkdə olan teatr rəhbərləri, tükənmiş baş rejissorlar, bir sözlə çürük teatr sistemi , satılan və kirayədə olan binalar, başınız sağ olsun. Fəxrəddin müəllim, itirən siz yox, teatr oldu”./musavat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar