Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Elzadan Rasim Balayevə cavab: "Mən kitabımı Rasim müəllimə tövsiyə edərəm.."

Tarix: 27-11-2018 21:57     Baxış: 3246 A- / A+
Elzadan Rasim Balayevə cavab: "Mən kitabımı Rasim müəllimə tövsiyə edərəm.."

CVN internet televiziyasında qonaq olan xalq artisti Rasim Balayev əməkdar artist Elza Seydcahanın şeir yazmasını tənqid edib.


Manevr.az
milli.az-a istinadən xəbər verir ki, müğənni Elza Seyidcahan Rasim Balayevə cavab olaraq, unikal.org-a bildirib ki, Rasim Balayevin onun haqqında fikir söyləməsini xoşbəxtlik hesab edir:

"Mən xoşbəxtəm ki, mənim haqqımda Rasim Balayev fikir söyləyir. 1996-1998-ci illərdə Rasim Balayevə milyonda versən mənim "Qəlbin üsyanı" layihəmdə Ramiz Rövşənin və Vaqif Səmədoğlunun sözlərinə olan şeirini söyləməzdi. Mənim sənətimə, istedadıma hörmət olmasaydı gəlib o şeiri orada söyləməzdi. Rasim Balayev elə şəxsiyyətdir ki, onun hislərini pulla almaq olmaz. Rasim müəllim ola bilər mənim olduğu deyilən anonim şeirləri nəzərdə tutur. Ya da ola bilər hansısa verilişdə parça-parça şeir deməyimi eşidib. Ona aydın olmur o fikir. "Mən dəlinin rəssamı" adlı kitabımı Rasim müəllimə tövsiyyə edərəm ya da ona hədiyyə etmək mənim borcumdur. Onun tənqidi də mənim üçün tərifdir. Çünki onlar bizim böyüklərimizdir, biz onları qorumalıyıq".

Əməkdar artist əlavə edib ki, televiziya rəhbərləri onun şeir söyləməsini bəyənir:

"Televiziya rəhbərləri mənim şeirlərimi bəyənməsəydilər məni ARB kanalında şairlər müsabiqəsində münsif əyləşdirməzdilər. Düzdür, bəzi insanlar bunu qəribçiliyə yozdular. Bu gün xalqımız və yazarlar mənə deyirlər ki, o verilişdə olan münsif heyətində ən doğru, dürüst məsləhəti siz və Qulu Ağsəs verirdi. Yəni, demək istəyirəm ki, mən ora xahiş-minnət edib çıxmamışdım. Məni həmin verilişə yalvara-yalvara gətirmişdilər. Orada da şeir yazanların çoxu mənim tərzimdə yazırdılar. Mən Nəsimi, Füzuli, Seyid Əzim Şirvani yox Elza Seyidcahanam".



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar