Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Atam məni döyüb dedi ki, məktəb üçün aldığın pulu niyə başqa yerə xərcləmisən?!” – Əli Mirəliyevin etirafları

Tarix: 24-11-2018 11:30     Baxış: 2213 A- / A+
“Atam məni döyüb dedi ki, məktəb üçün aldığın pulu niyə başqa yerə xərcləmisən?!” – Əli Mirəliyevin etirafları

Məktəb illəri hər kəs üçün həyatında ən yaddaqalan dövrdür. Bu mərhələ insana uşaqlıq, gənclik illərini xatırladan unudulmaz xatirələr bankıdır...
Məktəbi xoş və işıqlı xatirələrlə yada saldığını deyən Əli Mirəliyev o illərin onun üçün çox əziz olduğunu bildirib:

“Məktəb illərim çox maraqlı olub. 1957-ci ildə 7 yaşım olan zaman internat məktəbinə getmişəm. Orada bizə səhər tez oyanmağı, öz çarpayımı özüm səliqəyə salmağı öyrətdilər. İnternat məktəbində bir növ əsgərliyi keçmişəm. Orada oxumağım məni sözün əsl mənasında, kişi, ciddi insan, əsl vətəndaş etdi. İnternat məktəbində “əsgər” kimi böyüdüyüm üçün əsgərlik həyatı olduqca mənə rahat idi. Məktəb illərində müəllimlərimin hər zaman sevimlisi olmuşam. O illərdən gözəl səsə malik olsam da, amma atam oxumağa qoymurdu.

Daha sonra atam müğənni olmağımın qarşısını ala bilmədi. Çünki istedad elə bir şeydir ki, o heç vaxt itə bilməz.

Məktəbdə ən çox sevdiyim dərs elə Musiqi olub. Musiqi müəllimim hər zaman deyirdi ki, gözəl səsə maliksən, gələcəkdə çox tanınmış müğənni olacaqsan. Parta yoldaşım var idi, adı Mehriban, ona hər zaman deyirdim ki, mən ən tanınmış müğənni olacağam. O isə gülüb deyirdi, yaşayarıq görərik”.

Əli Mirəliyev gülərək yada saldığı məktəb xatirələrini də bizimlə bölüşüb:

“Dərslərimdən heç bir zaman kafi qiymət almamışam. 6-cı sinfə qədər əlaçı şagird olmuşam. Amma 7-ci sinifdən sonra o qədər də yaxşı oxumadım. Daha sonra sinif yoldaşlarımla birlikdə məktəbə yox, kinoteatrlara gedirdim. Adımız məktəbdə, özümüz isə kinoteatrlarda olurduq. Sinif rəhbərimiz anamı çağırırdı ki, övladınız məktəbə gəlmir. Anam isə deyirdi ki, necə gəlmir axı?! Axı hər səhər mən onu dərsə yola salıram! Müəllim də cavab verirdi, vallah, bir həftədir, övladınız dərsə gəlmir. Atam da məni döyürdü ki, sənə məktəb adı ilə pul verirəm sən isə kinoteatrlara gedirsən...(gülür) Deyirdim, ata kinoteatrda maraqlı kino olduğu üçün gedirəm. Atam isə məktəbə getdikdən sonra kinoteatra getməyimi bildirirdi.

****
Neçə illərdir kitab oxumuram. Amma oxuduğum kitablar çox olub. İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Əliağa Vahid kimi insanların qəzəllərini oxumuşam.

Təəssüf ki, mən bunların hamısı bildiyim halda mən hasarın bir tərəfində qalmışam zəif oxuyanlar isə hasarın o tərəfində qalıb”.

Qeyd edək ki, Əli Mirəliyev 1949-cu ildə Bakıda anadan olub. 1972-ci ildən "Dan ulduzu” ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının solisti olub./azedu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar