Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Pozğun adamların İnstaqram profilindən..." - Murad telekanalları tənqid etdi

Tarix: 23-11-2018 10:54     Baxış: 3453 A- / A+
"Pozğun adamların İnstaqram profilindən..." - Murad telekanalları tənqid etdi

"Əgər bir kanal qazanmaq üçün "zövq pornosu" göstərməyə məhkumdursa, bağlansın! "Ölünü özbaşına buraxanda, kəfənini bulayır. Bəli, bu ölü - Azərbaycan mediası, ifraz olunan - mütəmadi gördüklərimiz, kəfən də ki, əhalinin zövqüdür".


Manevr.az
-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Telekanalları tənqid edən sənətçi bunları qeyd edib:

"Pozğun adamların İnstaqram profilindən televiziya, radio, mətbuat fərqlənsin artıq. O fərq - peşəkarlıq, intellekt və səviyyədir. Kimdə yoxdursa, öz İnstaqramından görsün işini. Öz "Youtube"dan aparsın verilişini, halal xoşu! Belə oyun olar? Balam, əksər peşəkarlar pərən-pərən səpələnib, şirkət və təşkilatların reklam və mətbuat işlərinə. Qalanlar da kanalın dolanmaq missiyasının qurbanları...

Özüm əyləncə, şou sektorunun adamıyam. Bu efirlər nə qədər əyləndirər, oynadar, oxudar, burcudar? Balans bilirsiniz nədir? İndi bir ağıllı çıxıb deyəcək ki, "Reytinq olmasa, kanal dolana bilməz". Başınıza dəysin o dolanmaq da, o reytinq də. Əyləncənin də səviyyəsi olur axı"./axşam.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar