Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı müğənni ABŞ-da xəstəxanaya düşdü

Tarix: 22-11-2018 23:23     Baxış: 2309 A- / A+
Azərbaycanlı müğənni ABŞ-da xəstəxanaya düşdü

Hazırda ABŞ-da yaşayan məşhur Azərbaycan müğənnisi İlhamə Qasımova Amerika istehsalı olan filminin çəkilişlərinə dəvət alıb.


Manevr.az
-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bu barədə müğənni özünün Instagram hesabında məlumat yayıb. O, çəkilişdən bir fotoşəkil də paylaşıb. Şəkildə Qasımova xəstəxana palatasında əks olunub. O, yaxınlarını və dostlarını qorxutmamaq üçün bu kadrın filmin çəkilişi zamanı qeydə alındığını bildirib. Burada müğənni xəstə obrazındadır. O, palatada tibb bacısı qiyafəsində olan qaradərili biri ilə selfie çəkdirib.

"Çəkilişdəyəm, xəstə deyiləm. Sadəcə, gülməyi dayandırmasam, deyəsən, məni çəkilişdən qovacaqlar" - Qasımova yazıb.

Müğənni film, onun çəkilişləri və nə zaman nümayiş olunacağı barədə suallara cavab verməkdən imtina edib.

İlhamə Qasımova "Yeni ulduz" musiqi layihəsində iştirak edəndən və orada birinci yeri tutandan sonra məşhurlaşıb. Sonra müğənni uzun müddət xarici mütəxəssislərlə işləyib və hətta Almaniyada klip çəkdirib. Hazırda o, praktiki olaraq yaradıcılıq prosesindən ayrı düşüb. Müğənni hazırda öz həyat yoldaşı ilə birlikdə ABŞ-da yaşayır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar