Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur müğənni konsertin bilet pullarını yığıb qaçdı

Tarix: 20-11-2018 15:02     Baxış: 2271 A- / A+
Məşhur müğənni konsertin bilet pullarını yığıb qaçdı

Türkiyəli müğənni Kibariye həyat yoldaşı ilə konsert vermək üçün Almaniyaya yollanıb. Ancaq onun konserti baş tutmayıb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “İkinci sayfa” proqramına konsertin təşkilatçısı danışıb.

“Kibariye və əri təyyarədən enəndən sonra “Bizi türk marketinə apar” dedilər. 200 avro istədilər, verdim. Marketdən sosiska, kolbasa, yeddi qutu çay və bir çox məhsul aldılar. Sonra konsertin keçiriləcəyi məkana getdik, əri Ali Küçükbalıkçı qapının ağzına adam qoydu ki, bilet pullarını yığsınlar. Pulları toplayandan sonra gəlib dedilər ki, az adam var, Kibariye səhnəyə çıxmayacaq. Biletin pullarını da alıb qaçdılar”, - deyə təşkilatçı söyləyib.

Kibariye isə “Instagram” hesabından açıqlama yayaraq istəklərinin yerinə yetirilmədiyi üçün konserti ləğv etdiyini deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar