Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı bəstəkar "O ses Türkiye"dəki hörmətsizlikdən danışdı

Tarix: 05-11-2016 12:25     Baxış: 4333 A- / A+
Azərbaycanlı bəstəkar "O ses Türkiye"dəki hörmətsizlikdən danışdı


"O ses Türkiye" yarışının budəfəki buraxılışında Azərbaycan musiqisi ilə bağlı kobudluğa yol verilib. Belə ki, layihəyə qatılan Güray Gültay və Müğe Genc cütlüyü musiqisi əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya məxsus "Tut ağacım" mahnısını səsləndirsələr də, əsərin müəllifini qeyd etməyiblər. İştirakçılar hətta mahnının müəllifinin "anonim" olduğunu dilə gətiriblər.

Primetime.az saytına açıqlama verən A. Səmədzadə verilişdə müəllifi olduğu mahnının anonim kimi qeyd edilməsindən narazı olduğunu bildirib:

"Təsadüfən baxdım və deyim ki, mahnımın türk müsabiqəsində oxunmasını sevindirici hal kimi dəyərləndirirəm. Amma bir müəllif və azərbaycanlı kimi ən məşhur mahnılarımızdan olan "Tut ağacım"ın anonim kimi verilərək müəlliflik hüququmun pozulmasını mənfi hal hesab edirəm. Düşünürəm ki, Azərbaycan mahnılarına bu qədər gözəl münasibət bəsləyən türk ifaçıları onların müəlliflərinə də ehtiram göstərməlidirlər.

Bu anonim sindromu çözülməlidir. Biz zəngin musiqi mədiyyətinin təmsilçiləriyik. Yaradıcılığımıza hörmət yaşadığı və oxuduğu yerdən asılı olmayaraq hər kəsin borcudur".

Qeyd edək ki, Aygün Səmədzadə İstanbul Şəhər Teatrında səhnəyə qoyulmuş əsərə musiqi yazıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar