Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tatlısəsi azərbaycanlı xanım həkim SAĞALTDI: Üçüncü seansda... - ÖZÜ ETİRAF ETDİ

Tarix: 15-11-2018 06:50     Baxış: 2263 A- / A+
Tatlısəsi azərbaycanlı xanım həkim SAĞALTDI: Üçüncü seansda... - ÖZÜ ETİRAF ETDİ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs azərbaycanlı həkim Esmira Kazımovadan loqopedik dərslər alır.


Manevr.az
publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Loqoped E.Kazımova 14 noyabr “Dünya Loqopedlər Günü” münasibətilə həmkarlarına təbrik mesajı yazıb. Həmin mesajda da İbrahim Tatlısəslə birgə işlədiyini qeyd edib:

“Bütün türk dünyasının səs imperatoru olan hörmətli İbrahim Tatlısəslə loqopedik dərslərə başlamağım çox qürurverici və şərəfli bir işdir mənim üçün. Çünki uşaqlıqdan bu səsi çox sevirəm və bunu məni tanıyanlar bilir. İbrahim Tatlısəslə dərsə başlarkən çox həyəcanlandım və bunu İbrahim bəy hiss etdi. Üçüncü seansda İbrahim bəy mənə “Məhəmməd peyğəmbərlə bağlı kəlamı bilirsən. Sən varsansa, bu işi bacarmasan da, mənim hocamsan. Sənin əziyyət çəkməyin mənə yetər. Özümdə irəliləmə çox görürəm və bu, mənə yetər. Hər kəs hoca ola bilər, amma hər kəs ustad ola bilməz. Sən ustadsan” dedi. İnanın, gözlərim doldu”.

Qeyd edək ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalmışdı. Onun başından aldığı ağır güllə yarası bir neçə orqanının zədə görməsinə səbəb olmuşdu. Uzun müddət iflicdən əziyyət çəkən müğənninin həm də nitqində ciddi qüsur yaranmışdı./publika.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar