Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc müğənnidə hansı xəstəlik var? - Psixoloqdan ŞOK sözlər

Tarix: 12-11-2018 17:47     Baxış: 4227 A- / A+
Gənc müğənnidə hansı xəstəlik var? - Psixoloqdan ŞOK sözlər


Müğənni Mirkamil Kamilovda şəxsiyyət pozuntusunun isterik tipi müşahidə edilir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova gənc müğənni Mirkamil Kamilovun sosial şəbəkələrdəki son paylaşımlarına münasibət bildirərkən deyib. O bildirib ki, bu tip şəxsiyyət pozuntusu olan insanlar reallıqla öz fantaziyalarını ayırd edə bilmirlər:

"Bir neçə şəxsiyyət pozuntusu var: paranoid, şizoid, dissosial, emosional davamsız (affektiv), impulsiv sərhədi (aralıq) tip, isterik (nümayişkar), anankastik və s. Müğənni Mirkamil Kamilovda isterik tipdir. İsterikin əsas xüsusiyyəti olduğundan artıq görünməyə, həmişə diqqət mərkəzində olmağa, daha çox həyəcan keçirməyə çalışmaqdır. Əslində, bu şəxsiyyət pozuntusu olan insanlara "gopçu insanlar" da deyirlər. Onların elə fantaziyaları olur ki, reallıqla öz fantaziyalarını ayırd edə bilmirlər. Əsasən də əvvəl diqqət mərkəzində olmuş insan olubsa və sonra unudulursa, onlar əvvəlki vəziyyətlərinə qayıtmaq üçün öz fantaziyalarından istifadə edirlər. Belə tip insanların reallaşdıra bilmədikləri arzuları olur. Mirkamildə də bu belədir. Əslində, onun edə biləcəyi bir şey yoxdur, sadəcə fantaziyalarından istifadə edərək, nəyisə nümayiş etdirmək istəyir. Amma nümayiş etdirdiyi şeylər reallığa uyğun olmadığı üçün onu şizofren də adlandıra bilərlər. Bəzi davranışlar cəmiyyətdə normal qəbul edilir, amma onlar şizofreniyanın əlamətləridir. Məsələn, həddindən artıq dodağı qabağa verib şəkil çəkdirmək də bu qəbildəndir. Ancaq biz indi buna xanımların şıltaqlığı kimi baxırıq".

Qeyd edək ki, "Xalq ulduzu" müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov İnstaqramda qəribə paylaşımları ilə gündəmə gəlib. O, yaxın qohumları və həkimləri ilə bağlı məlumat yayaraq, onu öldürmək istəmələrini iddia edir. Bundan başqa o, "oğru"ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar