Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Bu şəhərdə"nin konsertində gözlənilməz hadisə baş verdi

Tarix: 10-11-2018 17:28     Baxış: 3506 A- / A+
"Bu şəhərdə"nin konsertində gözlənilməz hadisə baş verdi

Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında keçirilən konsertində insident yaşanıb.

Manevr.az-ın sia-ya istinadən məlumatına görə, konserti Rafael və Coşqun Aygün və Rəhimin parodiyası ilə açıblar. Daha sonra aparıcı Saleh Bağırovun təqdimatında "Turanbank" və "Meqafon" tərəfindən tamaşaçılar arasında keçirilən oyunun ilk qalibinə hədiyyə təqdim olunub. Bunun ardınca Elgiz və Əli Mirəliyevin parodiyası üçün efirə çıxan Rafael və Coşqun çıxışı yarımçıq kəsməyə məcbur olublar. Belə ki, tamaşaçılardan biri özündən gedib. Dərhal təcili yardım çağırılıb. Bəlli olub ki, epilepsiya xəstəliyi olan 30 yaşlarında gənc iflic keçirib. Ona ilkin yardım göstərildikdən sonra zaldan çıxarılıb və təcili yardıma təhvil verilib. Hazırda konsert öz axarı ilə davam edir. Qeyd edək ki, "Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında "KefAl" adlı 3 gün davam edəcək konserti bu gündən start götürüb.
"Bu şəhərdə"nin konsertində gözlənilməz hadisə baş verdi



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar