Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhurlar Amaliya Pənahova haqqında: "Heç bir aktrisa onun yerini doldurmayacaq"

Tarix: 08-11-2018 14:31     Baxış: 3548 A- / A+
Məşhurlar Amaliya Pənahova haqqında: "Heç bir aktrisa onun yerini doldurmayacaq"

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib.

Manevr.az-ın məlumatına görə, xərçəngdən əziyyət çəkən aktrisanın ölümünə yaxınları, sevənləri ilə yanaşı sənət dostlarını da kədərləndirib. Onlar A.Pənahovan haqda bu sözləri deyiblər:

Əməkdar artist Məlahət Abbasova: "Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın. Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Əməkdar artist Sənubər İsgəndərli: "Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".

Əməkdar artist Nərgiz Cəlilova: "Amaliya Pənahova... Böyük sənətkar, sənin, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".

Əməkdar artist Mehriban Xanlarova: "Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyirəm.
Allah rəhmət etsin".

Müğənni Nadir Qafarzadə
: "Söz tapa bilmirəm. Allah rəhmət eləsin (ağlayır)".

Müğənni Əlikram Bayramov
: "Amaliya Pənahovanın vəfat etməsi mədəniyyət ailəmini çox kədərləndirdi. Allah rəhmət eləsin!".

Aparıcı Nanə Ağamalıyeva: " Mərhum xalq artistiylə bir neçə gün öncə danışmışdım. Amaliya xanımı verilişimə dəvət etmişdim. O, da mənə bildirmişdi ki, proqramıma mütləq gələcək. Əfsuslar olsun ki, aktisanı verilişimdə görə bilmədim. Allah rəhmət eləsin!".

Tarzən Humay Qədimova: "Gözəl xanım sənətkarımız Amaliya Pənahova vəfat etdi. Sizi də itirdik. Allah rəhmət eləsin!/sia.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar