Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Səidə Sultan izləyicilərini də təhqir etdi: “Tərbiyəsiz sizin… ”

Tarix: 03-11-2016 21:33     Baxış: 5411 A- / A+
 Səidə Sultan izləyicilərini də təhqir etdi:

Müğənni Səidə Sultanı bu dəfə sosial şəbəkə izləyiciləri özündən çıxarıb.

Manevr.az bildirir ki, müğənni öz “İnstaqram” səhifəsində nənəsi ilə bağlı qalmaqala görə onu təhqir edənlərə təhqirlə cavab verib: “Baxıram sosial şəbəkələrdə mənə təhqir yazan …! Siz xalq deyilsiz, siz xalqın “atxod”larısız! Mənim xalqım mehribandır, insan sevəndir. İki şey məni qıcıqlandırır. “Nənənin üzünə tüpürdü”. Gəlin, məntiqlə fikirləşək. Bir ana öz oğlunun qəbrinə, onun övladına hörmət etmirsə, milyonlarla insanın qarşısında çıxıb şərləyirsə, xalqın “atxod” insanlarının ağzına söz atırsa, o nənənin üzünə tüpürmək yox eee… Azərbaycandan deport etmək lazımdır.

Mənə elə gəlir ki, nəinki mən, heç bir evdə elə ağsaqqalı arzu etməzlər. Kim ki, məni qınayır, Allah onun evinə elə ağsaqqal nəsib etsin. O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Allah böyükdür. Çünki onlar soruşmamış, maraqlanmamış, xəbər verməmiş, namərdlik etdilər. Mən efirdə oynayacam, atdanıb-düşəcəm, əcəb edəcəm. "Tərbiyəsiz" deyənlərə isə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar”.

Xatırladaq ki, müğənni Səidə Sultanın 75 yaşlı nənəsi Əminə xanım ATV-də yayımlanan “Ümid var” verilişinə çıxaraq bildirmişdi ki, müğənninin anası cadu ilə məşğul olub: “Mən ona cadugər dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxardaram".

Müğənni isə efirdə nənəsinin üzünə tüpürüb, yalan danışdığını bildirmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar