Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Təranə Qumralın istəyi reallaşmadı - MƏHKƏMƏ QƏRARI AÇIQLANDI

Tarix: 02-11-2018 10:16     Baxış: 2150 A- / A+
 Təranə Qumralın istəyi reallaşmadı - MƏHKƏMƏ QƏRARI AÇIQLANDI

Müğənni Təranə Qumralın barəsində olan cinayət işi üzrə məhkəmə hökmündən verilən apelyasiya şikayətinə baxılıb.

Manevr.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Təranə Qumralın apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral 4 min manat məbləğində cərimə edilib. Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb. Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib. Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.

Təranə Qumral Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməsi barədə qətnamə çıxarılıb. Lakin Təranə Qumral məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Təranə Qumral Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarlarını icra etməkdən boyun qaçırma) maddəsi ilə ittiham elan edilib./publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar