Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məşhurlar Azərbaycanı tərk edib

Tarix: 02-11-2018 07:38     Baxış: 3139 A- / A+
Bu məşhurlar Azərbaycanı tərk edib

Bir vaxtlar şou-biznesdə adı gündəmdən düşməyən bəzi məşhurlar var ki, hazırda unudulmaq üzrədir. Buna səbəb isə onların ölkəni tərk edib, xaricdə yaşamasıdır. Kimi sənətini xaricdə davam etdirir, kimi də özü üçün biznes qurub.

Manevr.az ölkədən köçən məşhurların siyahısını təqdim edir:

Müğənni Ayan Babakişiyeva
ailəsi ilə birlikdə iki ildən çoxdur ki, İstanbula köçüb. Müğənniliyin daşını atan ifaçı orada biznes qurub. Bir neçə sahədə fəaliyyət göstərən Ayan sonuncu dəfə gözəllik salonu açıb.
Bu məşhurlar Azərbaycanı tərk edib


Aparıcı Rüfət Ağayev iki ildir Amerikada yaşayır. ATV-də aparıcı kimi çalışan Rüfət orada həm təhsil alır, həm də çalışır. Bu yaxınlarda isə Rüfət bir neçə günlük Bakıya qayıdacağını açıqlayıb.
Bu məşhurlar Azərbaycanı tərk edib


Aparıcı Günel Musəvi artıq uzun illərdir Amerikada yaşayır. Bir müddət əvvəl isə o, orada ailə qurub və bir qız övladı dünyaya gəlib.
Bu məşhurlar Azərbaycanı tərk edib


Aparıcı Elvira İsmayılovanın bu yaxınlarda Amerikaya köçdüyü bəlli olub. Elvira orada təhsilini davam etdirir.
Bu məşhurlar Azərbaycanı tərk edib


Aparıcı Aynur Talıbova illər əvvəl ailəsi ilə birlikdə ABŞ-a köçüb. Orada müxtəlif işlərdə çalışan Talıbova tez-tez fotolarını sosial şəbəkədə paylaşır.
Bu məşhurlar Azərbaycanı tərk edib



Aparıcı Şəhriyar Əbilov
da artıq Türkiyədə özünə iş tapıb. O, model, aktyor fəaliyyətini qardaş ölkədə davam etdirir. Hətta Şəhriyar orada reklamlara da çəkilib.
Bu məşhurlar Azərbaycanı tərk edib



Müğənni İlhamə Qasımova
da bir neçə ildir ABŞ-dadır. Sənətçinin Amerikada nə işlə məşğul olması isə məlum deyil.
Bu məşhurlar Azərbaycanı tərk edib


Aktrisa Könül Nağıyeva iki ildən çoxdur ki, İstanbulda yaşayır. Könül aktrisalıq fəaliyyətini davam etdirir. O, bir neçə filmə də çəkilib.
Bu məşhurlar Azərbaycanı tərk edib


"Eurovision" təmsilçilərimizdən olan Fərid Məmmədov Amerikaya köçüb. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan müğənni orada kuryer kimi çalışır.
Bu məşhurlar Azərbaycanı tərk edib


Aktrisa Cəmilə Tağızadə isə ərə getdiyi üçün Türkiyəyə köçüb. Aktrisa orada yaşayır, sənət fəaliyyətinə isə son qoyub.
Bu məşhurlar Azərbaycanı tərk edib


Müğənni Elmir Məhərrəmov da Amerikaya köçən məşhurlarımızdandır. O, ailəsi ilə birlikdə artıq bir neçə aydır ABŞ-da yaşayır. Köhnə "Dəyirman" qrupunun solisti fotolarını tez-tez sosial şəbəkədə paylaşır.
Bu məşhurlar Azərbaycanı tərk edib



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar