Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mirkamil Toppuş bacıdan pulunu tələb etdi: "Ərinə denən 2 min manatımı hazırlasın"

Tarix: 30-10-2018 19:41     Baxış: 3267 A- / A+
Mirkamil Toppuş bacıdan pulunu tələb etdi: "Ərinə denən 2 min manatımı hazırlasın"

Uzun müddətdir xəstəliyi ilə gündəmdən düşməyən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yeni xəbərlər yayılıb.
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın "Bizimləsən" verilişində evinin ipoteka kreditini ödəmək üçün pul toplaması sosial şəbəkədə müzakirələrə səbəb olmuş və qınanılmışdı.

Ötən gün isə T.Əliyevanın beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. Həmin vaxt mədəsini kiçiltmək üçün həkimə müraciət edən aktrisaya bunun mümkünsüz olduğu deyilib. Amma buna əhəmiyyət verməyən "Toppuş bacı" bıçaq altına yatıb. Bu ilin avqustunda əməliyyat olunan Tünzalə uşaqlıq yolunda olan bədxassəli şişi kəsdirib. O bildirib ki, şişdən yeni xəbəri olub.

T.Əliyeva bu iddialara qarğışla cavab verib. Onun "Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözləri hər kəs tərəfindən tənqid edilib.

Müğənni Mirkamil Kamilov Tünzalənin açıqlamasını İnstaqram səhifəsində yayımlayaraq bunları yazıb:
"Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə hərəkətlər fikirləşən yoldaşın mütləq bu yazımı oxuyacaq. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm".

Əməkdaşımız T.Əliyeva ilə əlaqə saxlamağa çalışıb. Aktrisa artıq bundan sonra heç bir mediaya açıqlama verməyəcəyini deyərək, telefonu söndürüb.

Qeyd edək ki, bir çox sənət adamı Tünzaləyə maddi dəstək olub. Onlardan biri də xalq artisti Mələkxanım Əyyubova idi. M.Əyyubova Mirkamilin bibisidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar