Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Həkim mənə xərçəng diaqnozu qoymuşdu" - Flora Kərimova

Tarix: 30-10-2018 11:02     Baxış: 2234 A- / A+
"Həkim mənə xərçəng diaqnozu qoymuşdu" - Flora Kərimova

"Oğlum, nəvələrim Almaniyada, qızım İngiltərədədir. Çox kövrəlirəm. Qorxuram ki... Çox ölümdən danışıram, deyəsən köçəcəm. Onlara o qədər vəsiyyət etmişəm ki...".
Manevr.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova "Şou ATV" proqramında deyib. Övladlarından danışan müğənni ən böyük arzusunu açıqlayıb:

"Çox deyirlər, filankəs ölməzdən əvvəl hiss edirdi. Qorxmuram ölümdən. Son günlər ölümdən çox danışıram. Bu həyatda halallıq istəyəcəyim kimsə yoxdur. Bircə Allahdan bunu istəyə bilərəm. Bütün günü Allahımla danışıram, dava edirəm. O da deyir ki, çox fironluq edirsən, gələrsən yanıma... (gülür)

Tək arzum qızım Zümrüdün övladını görməkdir. Flora nəvəm olsun arzulayıram".

F.Kərimova həkimin illər əvvəl ona xərçəng diaqnozu qoyduğunu deyib:

"Həkim düzgün diaqnoz qoymamışdı. Hamilə idim, qızımın 1 yaşı var idi. Getdim həkimə, dedi ki, xərçəngsən. Uşağı şiş kimi qəbul edib. Nə günə düşdüm, 41 yaşım var idi onda. Həkimin qardaşı rəhmətə getdi, başqa ölkəyə getdi. Mən də digər həkimə getdim. Hamilə olduğumu dedilər, amma övladımı saxlaya bilmədim. Çünki həkim mənə yanlış dərmanlar yazmışdı, içirdim".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar