Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Oğlum deyir ki, mənimlə yaşasa, arvadı ilə yata bilməz" - Brilliant

Tarix: 26-10-2018 21:16     Baxış: 2281 A- / A+
"Oğlum deyir ki, mənimlə yaşasa, arvadı ilə yata bilməz" - Brilliant

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev son günlər mətbuatda yayılan fotoları barədə açıqlama verib.
Manevr.az xəbər verir ki, oxu.az-a danışan Cahad bildirib ki, fotolar reklam üçün çəkilib:

"Mən o şəkilləri içkinin reklamı üçün çəkdirmişdim. İçki ilə aram elə də yaxşı deyil. Amma yüksəklik qorxum olduğu üçün təyyarədə olanda bir az içirəm. Azərbaycanda bir ilə yaxındır ki, içki biznesi ilə məşğul oluram. Düzdür, şəxsi iş yerim deyil. Mən, sadəcə, orada çalışıram".

O daha sonra bildirib ki, motosiklet sürməyinə qadağa qoyulub:

"Motosiklet sürməyimə qadağa qoyulub, hətta mənim öz motosikletim də satılıb. Əgər Bakıda kirayə motosiklet verən yer bilirsinizsə, mənə xəbər edin" (gülür).
Brilliant Dadaşova isə baku.tv-yə danışaraq söyləyib ki, oğlu siqaret və içkidən uzaqdır:

"Radioda "Gəlinlə qayınananın bir yerdə yaşamağı düzgündür?" deyə mövzu qoyulmuşdu. Dedim ki, oğlum evlənəndən sonra, məmnuniyyətlə, onunla bir yerdə yaşayaram. Oğlum isə deyir ki, anamla eyni evdə yaşasam, həyat yoldaşımla yata bilmərəm. Çünki atam və anam olan yerdə bu düzgün deyil. Bu, bir mədəniyyətdir.

Bütün bunlar ona verdiyim tərbiyədən irəli gəlir. Tanıyanlar çox gözəl bilir ki, oğlum siqaretdən və içkidən uzaqdır. O, siqaretlə, içki ilə şəkil də çəkdirə bilər, bunu edən insanlar tam əksinə, şəkil çəkdirmir. Oğlum idmanla məşğul olur, magistraturanı oxuyub.

Demirəm ki, oğlum mükəmməldir. Atası da, mən də çalışmışam ki, o, yaxşı vətəndaş olsun. Yazılanlar məni narahat etmir. O zaman narahat edərdi ki, yazılanlar doğru olardı. Hər bir şey yazıla bilər, bu, qorxulu deyil"./azxeber.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar