Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

""Qoca” mənə qaçacağını demədi" - Fədayə Laçın

Tarix: 24-10-2018 15:51     Baxış: 4243 A- / A+
""Qoca” mənə qaçacağını demədi" - Fədayə Laçın


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə F.Hacıyevin vəkili Elçin Əliyev deyib ki, məhkəmədə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib: "Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər. Xahiş edirəm, bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası keçirilsin".

Müğənni F.Laçının vəkili Türkel Süleymanlı "Qoca" qatardan qaçarkən istifadə etdiyi açarın maddi sübut kimi istintaq orqanından alınmasını istəyib.

F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: "O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi".

Məhkəmə vəsatəti təmin etməyib. Proses oktyabrın 29-da davam etdiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar