Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xanım Qafarovanın qızı Türkiyəyə gedir - Mahsunun filmi üçün

Tarix: 21-10-2018 10:55     Baxış: 2391 A- / A+
Xanım Qafarovanın qızı Türkiyəyə gedir - Mahsunun filmi üçün

2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı Gövhər filmə çəkilmək üçün sabah Türkiyəyə yola düşür.

11 yaşlı Gövhər Türkiyənin məşhur sənətçisi Mahsun Qırmızıgülün rejissoru olduğu "Mücize 2” filmində rol alacaq.

Gövhər səfəröncəsi təəssüratlarını bölüşüb:

"Sevinc və həyəcanım bir-birinə qarışıb. Mahsun Qırmızıgülün filmində rol almaq qürurvericidir. Hələ obrazım barədə danışmayım, çünki məlumatım da yoxdur. Onu deyə bilərəm ki, hamı azərbaycanlı Gövhərdən danışacaq. Vətənimin adını təmsil etməkdən qürur duyuram. Artıq indidən ulduz xəstəliyinə tutulmuşam. Birdən inanarsınız, zarafat edirəm. Yəqin ki, bu film mənə şöhrət gətirəcək, amma heç vaxt başım şöhrətdən gicəllənməyəcək, söz verirəm. Mənə yaxşılıq edən insanları ömrümün sonuna qədər unutmayacam”.

Gövhər arzularından danışıb, gələcəkdə ona dəstək olan, arzusunu gerçəkləşdirən insanlara bənzəmək istədiyini deyib: "Arzularım çoxdur. Anam kimi aktrisa olub, onun yarımçıq qalmış arzularını yerinə yetirəcəm. Ən böyük arzum Mübariz Mənsimov kimi xeyirxah insan olmaqdır”.

Gövhər anasını xatırlayaraq kövrəlib: "Son vaxtlar anamı tez-tez yuxuda görürəm. O, yuxuda mənə xeyir-dua verdi. Demək ki, anam məni görür və ruhu şaddır”.

Gövhər sabah yola düşəcəyini, İstanbulda yerləşəcəyini və çəkilişlər üçün İzmirə gedəcəyini bildirib.

Qeyd edək ki, "Mucize 1” filminin sujet xəttinini 1960-cı ildə Mahir adlı bir müəllimin İzmirdən Şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, "Mucize 2” filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mahir müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq.(azxeber.com)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar