Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Mükafat Aygün Kazımovanın evindədir”

Tarix: 18-10-2018 17:38     Baxış: 2196 A- / A+
“Mükafat Aygün Kazımovanın evindədir”

“Bizim özümüz də sosial şəbəkədə paylaşım etmişdik ki, “Altın Kelebek”ə namizədlər siyahısındayıq. Üç dəfə çəkiliş vaxtını dəyişdik, daha sonra Bakıda olmadıq. Qərara gəldik ki, iştirak etməyək”.

Manevr.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında müğənni Sevinc Səfərova bildirib. O, əkizlərin məşhur “Altın Kelebek” mükafat gecəsinə namizədlər siyahısından imtina etdiklərini qeyd edib:

“Materiallar hazır idi, çəkilişlər başlamışdı, amma vaxt qıtlığından alınmadı. Yozurlar ki, filankəs (red- Roza Zərgərli) olduğu üçün namizədlər siyahısından çıxmışıq. Belə bir şey yoxdur. Kiminsə varlığı yerimizi dar etmir”.

Sevinc qalibin Aygün Kazımova olduğunu vurğulayıb: “Qalib Aygün Kazımova olacaq, bunu əminliklə söyləyirəm. Amma üç namizədin adını deyə bilərəm. İstərdim ki, 3-lükdə Günay İbrahimli olsun. Öz üzərində işləyən, görünüş baxımından hər kəsdə xoş təəssürat yaradan və başını sallayıb yaradıcılığı ilə məşğul olan bir xanımdır. Amma finalçılar Aygün Kazımova, Dilarə Kazımova və Səmra Rəhimli olacaq. Bu il Aygün Kazımova və Röya Ayxan namizəd olsa, böyük səs-küy olardı. Amma sözsüz mükafat Aygün Kazımovanın evindədir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar