Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Toppuş bacı"nın anasına qarğış etmək, Manafın maşınına girmək, Dilarənin bədəni - HƏFTƏBECƏR

Tarix: 15-10-2018 06:55     Baxış: 3249 A- / A+
"Toppuş bacı"nın anasına qarğış etmək, Manafın maşınına girmək, Dilarənin bədəni - HƏFTƏBECƏR

Manevr.azjurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (193-cü say) təqdim edir.
"Toppuş bacı"nın anasına qarğış etmək, Manafın maşınına girmək, Dilarənin bədəni - HƏFTƏBECƏR
"Toppuş bacı"nın anasına qarğış etmək, Manafın maşınına girmək, Dilarənin bədəni - HƏFTƏBECƏR

Əməkdar artist Tünzalə Əliyevanın anası vəfat edib. Allah rəhmət eləsin, günahlarını bağışlasın. Saytlardan oxuyuram ki, Tünzaləylə Şəbnəm Tovuzlu səs-səsə verib deyirlər ki, ağbirçəyi camaatın bədduaları öldürüb. Adam bilmir nə yazsın, necə yazsın? Gerçəkdənmi bu zehniyyət sahibləri düşünürlər ki, Allahın yaratdığını bəndənin bədduası öldürə bilər? Bu düşüncə insanın hansı orqanına məxsusdursa deyə bilmərəm, amma yüz faiz beyin düşüncəsinin məhsulu deyil. Tutaq ki, mən pis iş görmüşəm, efirə çıxıb ipotekamı yığmaq üçün camaatı aldatmışam, sonra da yekə-yekə danışmağa başlamışam. Bu yaramaz hərəkətimə görə mənim anama niyə qarğış olunmalıdır ki? Lap tutaq ki, kimsə anama qarğış edəcək qədər cılızlaşıb və bunu edib. Sizcə doğrudanmı, o qarğışlar mənim anama yönəlir? Təbii ki, yox.

Manaf Ağayev onun maşınının sandıqçasını eşələmək istəyən müxbiri kənara itələyib. Saytlar da bunu müğənninin jurnalistə hücum etməsi kimi qiymətləndiriblər. Bax, bu fikir də beyin məhsulu deyil. Axı jurnalist müğənninin maşınının sandıqçasında nə gəzir? Maşınına girən kimisə yerə düşürmək hücum etməkdirmi? Çox hayıf, min hayıf. Görün jurnalsitika kimi dəyərli peşə haradan haraya gəldi.

Müğənni Dilarə Kazımova bir açıqlama verib. Amma görünür rusdilli olduğundan fikrini tam ifadə edə bilməyib. Sitat: "Bədən ölçülərim hər cür geyinməyimə imkan verir". Dilarə xanım, sizin bədən ölçüləriniz hər cür geyinməyə yox, daha çox hər cür soyunmağa imkan verir. İnanmırsınızsa, adınızı "Google"da axtarışa verib, çıxan fotolara baxın. Əgər orda bir dənə geyimli foto çıxsa, "Həftəbecər"i dayandıracağam. Nə deyirsiniz, mərcləşək? Lap bir şərt də boynuma götürə bilərəm. Uduzsam, Damlanın konsertinə bilet alıb iki saat özümə zülm etməyə də hazıram.

Cavanşir Məmmədov onun maşınlarını sayanlara əsəbləşib. Deyib ki, maşın almışam da, başqaları kimi 5-6 arvad almamışam ki. Cavanşir müəllim, siz hələ eyni vaxtda beş altı "əri" olan müğənnilərdən danışın. Özü də həmin adamlar efirdə milli-mənəvi, mental-psixoloji məsələlər barədə mühazirələr oxuyurlar.

Gözünüz aydın, Rəqsanə yenə doğdu. Bir Rafet El Romanın Bakıda konsert verməyidi, bir də Rəqsanənin doğmağı. İkisi də "Fairy" kimdir. Bitmir ki, bitmir. Statistika komitəsinin əməkdaşları Rusiyaya ezam olunublar. Dəqiq say gələn həftə açıqlanacaq.

O gün məşhur meyxanaçı Aydın Xırdalanlının həyatı barədə açıqlamalarına qulaq asdım. Həmin müsahibə istənilən şöhrətli insan üçün DƏRSDİR. İnsan nə qədər məşhur, şöhrətli, pullu olsa da, müəyyən çərçivələr var ki, onlardan çıxmamalıdır. Həmin müsahibəni oxusanız, öyrənəcəyiniz çox şey olacaq.

O gün yuxuma haram qatıb "Azərbaycanın səsi" layihəsinə baxıram. Sizi inandırıram ki, o layihədə haranın səsi desəniz var idi, Azərbaycanın səsindən başqa. Hə, bir məqamı da qeyd edim. Veriliş gecə 12-dən sonra canlı yayıma çıxır. Adətən, əvvəllər +18 filmləri şənbə günü həmin saatlara salardılar. Yəqin, təşkilatçılar verilişin canlı olduğunu və Elza Seyidcahanın istənilən an öz şeirlərindən birini səsləndirəcəyini nəzərə alıblar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar