Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Mən səbrlə sizin danışdığınız şər və böhtan bataqlığında boğulmağınızı gözləyirəm"-Nuradan həmkarlarına

Tarix: 07-10-2018 21:49     Baxış: 3428 A- / A+
"Mən səbrlə sizin danışdığınız şər və böhtan bataqlığında boğulmağınızı gözləyirəm"-Nuradan həmkarlarına

"Haqqımda elə sözlər danışırlar ki, axmaq şou nümayəndələri siyahısından bəziləri - özümü Hitler kimi güclü və əzazil hiss edirəm. Mən necə də pis insan imişəm. Deməli, kiməsə yaxşılıq etdikcə, o insanlarda mənə qarşı qıcıq yaranırmış. Mənim köməkliyim ilə qalxan insanlar arxamda məni gözdən salmaq üçün özlərində olan bütün əclaflıqları sözdə mənim ayağıma yazırmışlar".

Manevr.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi şou-biznes nümayəndələrinin onun arxasınca danışmasından gileylənib:

"Onsuz da həyat sizə etdiklərinizin min əvəzini verəcək. Buna əmin olun. İnşallah o günü mən də görəcəyəm və kənardan baxıb gülümsəyəcəyəm. O ki, qaldı mənim pis insan olmağıma, elədirsə, məndən qorxun və adımı hallandırmayın. Yerin də qulağı var.

Sizin kimi olmayanları qəbul etmək mümkünsüzdür, bunu bilirəm. Özünüz bütün pisliklərə qadirsiniz və əmin olsaydınız ki, mən də eləyəm, qorxub danışmazdınız.Arxamca danışırsız, unutmayın. Birinizin deməyə sözü olsaydı, çoxdan çıxıb üzümə deyərdiniz. Mən səbrlə sizin danışdığınız şər və böhtan bataqlığında boğulmağınızı gözləyirəm. Haradan çıxmısınız, elə ora da dönəcəksiniz.

Sizə inananlar da, elə sizin tayınızdır. Əslində, mənə görə bağışlanmayan günahı daşımaq çox ağır cəzadır".(azxeber.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar