Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış müğənni Pərvizlə Türkanı yıxıb-sürüdü: "Onlar küçə müğənniləridir"

Tarix: 02-10-2018 23:38     Baxış: 2239 A- / A+
 Tanınmış müğənni Pərvizlə Türkanı yıxıb-sürüdü: "Onlar küçə müğənniləridir"

"Azərbaycan musiqisi bərbad günə qoyulub. Bədii Şura ləğv olunandan sonra hərə 1-2 manat pul verib, ağzına gələni efirlərdə oxuyur. Müvafiq qurumlar bunun qarşısını almır, çünki başları pul qazanmağa qarışıb”.

Manevr.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında müğənni Əli Mirəliyev söyləyib.

Onun sözlərinə görə, bir cəmiyyətdə ki, Pərvizlə Türkan reytinq qırır, o ölkədə musiqinin mövcudluğundan danışmaq ayıbdır:

"Üzeyir Hacıbəyovun yaratdığı milli musiqimiz "qaqaşlar”ın, üzeyirlərin ümidinə qalıb. Meyxanaçı meyxana deməlidir, daha atdanıb-düşməməlidir. Bu adamlar meyxanaçı, musiqiçi deyillər, küçə müğənniləridir. Bütün dünyada bu var. Amma başqa ölkələrdə belə adamları efirə çıxarmırlar. Bizdə isə nə vaxt baxırsan, efirdə bunlardır. Yüngül mahnılar həmişə maraqla qarşılanıb. Çünki cəmiyyətdə yüngül adamlar çoxdur. Artıq bunlara dur deməyin zamanıdır”.

"Bəs nəyə görə, aparıcısı olduğunuz verilişə belə müğənnilər çıxır və niyə onların üzünə bunu demirsiniz” sualına cavabında müğənni bildirdi ki, bu onun iradəsindən asılı olan məsələ deyil: "Mən orda işləyirəm. Çünki başqa iş tapa bilmirəm. Həmin müğənnilər ödəniş edib verilişə çıxırlar. Mən onları qova bilmərəm ki!? Məcburuq ki, yola verək. Sadəcə yola veririk onlar."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar