Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Toppuş bacı" HƏR ŞEYİ AÇDI: Özüm-özümə nifrət edirəm, 18 yaşından...

Tarix: 29-09-2018 12:30     Baxış: 2158 A- / A+
"Toppuş bacı" HƏR ŞEYİ AÇDI: Özüm-özümə nifrət edirəm, 18 yaşından...


Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişində onun üçün edilən yardımlardan imtina etmək istədiyini elan edib.

Aktrisa ona yazılan tənqidlərdən sonra evinin ipotekası üçün verilişə çıxaraq yardım istəməsinə peşman olduğunu söyləyib:

"Hər zaman tamaşaçılarımı düşünmüşəm, paltar alanda da eləsini seçmişəm ki, baxanlarda ikrah hissi oyatmayım. Düşündüm, geri çəkilsəm, daha yaxşıdır. Fikirləşdim ki, görəsən, mən tamaşaçılara bu qədərmi özümü yaxşı tanıda bilmədim? Görəsən, harada səhv elədim ki, mənə bunları yazdılar? Evdə də çox dedik. Bəlkə, çəkilim bu yoldan. Sanbalımı saxlaya bilmədiyim üçün çox pis oldum. Hər dediyim sözü başqa cür yozurlar. Artıq internetdə özüm-özümü görməyə nifrət edirəm. Ailəlikcə utandıq. Qorxdum ki, qazandığım hörməti və sanbalı itirərəm. O məbləği də Zaur kimə istəyir versin. Amma sonra yol boyu bura gələ-gələ fikirləşdim ki, 10 nəfər saxta profil açıb mənim haqqımda neqativ sözlər yazırsa, onlar mənim tamaşaçım ola bilməzlər.

18 yaşından işləyirəm. Valideynlərim fəhlə adamlar idi, universitetdə oxuyanda ancaq kirayə pulumu ödəməyə gücləri çatırdı. Bir rəfiqəmlə qışın soyuğunda yüzlərlə un kisələrini yuyub həyətə sərirdik, birini bir manatdan aparıb təhvil verirdik. Belə əziyyətlərlə ailəmi saxlamışam. Bunları yazıq kimi görünmək üçün deyil, anlamaları üçün danışıram. Demək istəyirəm ki, həyat heç vaxt mənə hazır heç nə təqdim etməyib, bu yerə əziyyətlə gəlib çıxmışam”.

Aparıcı Zaur isə ona və Tünzalə Əliyevaya edilən tənqidlərə belə münasibət bildirib:

“Sənətdə qəti şəkildə sınmaq, əyilmək və əzilmək olmaz. Sən məğrur dayanmalısan, başını dik tut. Şükür Allaha ki, xalqın qarşısında gözü kölgəli işin olmayıb. Öz əziyyətin və zəhmətinlə bu yerə gəlib çıxmısan, heç vaxt haram yeməmisən, kiminsə evini yıxmamısan, heç kimin çörəyinə bais olmamısan, kimisə şərləməmisən. Danışılanlar mənim üçün sabun köpüyüdür və heç bir əhəmiyyəti yoxdur. Mahiyyətsiz insanların nitqi və danışığı sabun köpüyüdür".

Qeyd edək ki, Tünzalənin verilişində insanlardan kömək üçün pul yığması son günlər ən çox tənqid edilən mövzu olub. Xərçəngdən əziyyət çəkən aktrisa evinin kreditini ödəyə bilmədiyi və onun üçün pul yığdığını bildirilib. İnsanlar da Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınayıblar.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Tünzalə Əliyevanın efirə çıxıb yardım istəməsini belə şərh etmişdi:

"Hamımızın "Toppuş bacı" kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxurlar", - deyə baş onkoloq əməkdar artisti tənqid edib. /publika.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar