Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Könül Kərimova 32 min manat verib oğlunu universitetə qəbul etdiribmiş

Tarix: 27-09-2018 16:51     Baxış: 4343 A- / A+
Könül Kərimova 32 min manat verib oğlunu universitetə qəbul etdiribmiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Manevr.az report-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev ifadə verib.

O bildirib ki, 2011-ci ildə M.Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib: "Lakin sonradan o, pulu geri qaytardı. Daha əvvəl Müdafiə Nazirliyində çalışırdım. Pulu Məlahət xanıma verən zaman pensiyada idim. Onunla aramızda borc müqaviləsi bağlandı".

M.Məmmədova deyib ki, həmin pulu tanışına verib: "Düzdü, belə söhbət olub. Mən, sadəcə, arada vasitəcə olmuşam. Həmin adam da tutuldu. Özüm şəxssən pulu Rəsul müəllimə qaytardım".

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzər Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.

O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.

O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar