Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Röya, niyə susursan?” - Tahir İmanov

Tarix: 28-10-2016 21:21     Baxış: 5307 A- / A+
“Röya, niyə susursan?”

Gürcü müğənni Soso Pavliaşvilinin Bakıya səfəri ilə bağlı qalmaqala “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov da səssiz qalmayıb.

Bundan əvvəl də öz etirazını bildirən Tahir İmanov bu dəfə deputatları, ictimai xadimləri, qarabağlı incəsənət nümayəndələrini susmaqda qınayıb.

Tahir İmanov bununla bağlı müğənni Röya Ayxana xüsusi çağırış edib: “Mən öz mövqeyimi bundan əvvəl dəfələrlə bildirmişəm. İctimai xadimlərdən, deputatların rəy almaq lazımdır ki, niyə onlar susurlar? Gecə-gündüz vətənpərvərlik haqqında mahnılar düzüb-qoşan müğənnilərimiz var ki, ilk növbədə də əsli-kökü qarabağlı olan müğənniləri yığın soruşun. Röyadan soruşun ki, niyə susursan? Bir aydır ki, bu qalmaqal baş verib, bəs niyə susursan? Bu qalmaqala öz mövqeyini bildir də”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Tahir İmanov məsələyə biganə qalmayaraq rəhbəri olduğu teatrın yaradıcı heyəti adından oxu.az-a müsahibə verərək, S.Pavliaşvilinin Azərbaycan xalqından üzr istəməyincə, ölkəmizdə konsert verə biləcəyini kəskin şəkildə qınamışdı.

Tahir İmanov ermənipərəst müğənninin konsertinə getmək istəyənlərə müraciət də ünvanlamışdı: “Əgər qanınızda müsəlman qanı varsa, o konsertə getməyə necə hazırlaşa bilirsiniz?”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar