Xəbər lenti
"Kişisənsə, boynuna al" - Xalq artistindən ağır sözlər
Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından istefa verməsi həmkarları tərəfindən birmənalı qarşılanmayıb.
Xalq artisti Ramiz Məlik AzVision.az-a bildirib ki, Fuad Poladovun teatrdan getməsində günahkar aktyor Hikmət Rəhimovdur.
“Fuad Poladovla baş rejissor Azərpaşa Nemətov dostdurlar. Niyə bunları bir-birlərinə qatırlar? Mən bunu başa düşə bilmirəm. Bunun hamısını edən o Hikmətdir. O, vicdansızdır, xuliqandır. Necə ola bilər ki, Mehdi Məmmədov kimi dahi rejissorun oğlu Vüqar Məmmədovu qəddarcasına döyəsən? Kişisənsə, boynuna al. Hikmət həqiqəti deməlidir. Bütün bu həngamələr İsrafil İsrafilovun vaxtında, beş il müddətində YUĞ-çuların “Azdrama”ya buraxılması nəticəsində oldu. YUĞ-çular da gəlib burada şoular, intriqalar yaratdılar”, -deyə aktyor bildirib.
Qeyd edək ki, Xalq artisti Fuad Poladov həmkarı Hikmət Rəhimovun “Azdrama”dan çıxarılmasına etiraz edərək istefa ərizəsi yazıb. Xalq artistinin istefasından sonra teatrda qalmaqal daha da böyüyüb. F.Poladov məsələyə soyuqqanı yanaşaraq istefa verdiyini təsdiqləyib və bu addımı H.Rəhimova görə atdığını bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar